Penitensiar Xidmətin tenderini 1 ayın şirkəti uddu
Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsi 59.975,2 AZN dəyərində yumşaq invertar alır.
Valyuta.az xəbər verir ki, müəssisə bununla bağlı elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi isə “RNF Tikinti-Ticarət” MMC-dir.
Tenderin şərtlərindən məlum olur ki, müəssisənin alacağı mallar aşağıdakılardır:
Astarlıq parça - 4 764 m
Üzlük parça - 4 800 m
Parça -1.350 m
Pambıq - 12 100 kq
İpək sap - 30 kq
Tikiş sapı - 82 000 m
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “RNF Tikinti-Ticarət” MMC 18 aprel 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu, ev 57-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Rəhmanov Nicat Faiq oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. MMC-nin nə əlaqə telefonlarına, nə də internet saytına rast gəlinir.
Bir aydır fəaliyyət göstərən şirkətin 60 minlik tenderin qalibi seçilməsi də diqqətçəkəndir.
“Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsində bildirilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması vacibdir. Adicə saytı olmayan bir şirkətin bu kriteriyalara cavab verdiyi inandırıcı görünmür.
Abbas
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay