BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
28670

Mövsümlə bağlı olaraq rayonlara turlar təşkil edən şirkətlərə müraciətlərdə aktivlik müşahidə edilir. 

Lakin istirahət üçün turlara müraciət edən vətəndaşlar heç də hər zaman gözlədikləri xidmətlə qarşılaşmırlar.

Əsasən sosial şəbəkə üzərindən insanlara tur paketlər təklif edib, daha sonra isə paketə daxil olan bir çox xidmətləri ixtisar edən tur şirkətləri var. 

Belə hallar da insanların haqlı narazılığına səbəb olur. Tur şirkətlərinin reklamlarında gülərüz tur rəhbərləri və əyləncəli oyunlar keçirilməsi vəd edilir. Lakin tur zamanı səfər edənlər tam əksi hallarla rastlaşdıqlarından şikayətlənirlər.

Daha geniş araşdırma apardıqda isə, nəinki reklamda göstərilən xidmətlərin ixtisarı, eyni zamanda nəqliyyat və təşkilat cəhətdən də ciddi problemlər yaşandığını görə bilərik. 

Mövzu ilə bağlı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi Bizim.Media ilə fikirlərini bölüşüb.

Ekspert hazırda tur şirkətlərinin çoxluğu səbəbindən onlar üzərində nəzarətin qeyri-mümkünlüyündən danışıb:

“Ölkədaxili turlar son 5-7 ildə daha populyar olub. Xüsusilə də pandemiyadan sonra tur şirkətlərinin sayı artıb. Tur operator və tur agentlikləri anlayışı var ki, dünya təcrubəsində bunlar bir-birindən fərqli fəaliyyət növləridir. Ölkəmizdə isə bu anlayış, demək olar ki, ayrılmır. Belə ki, özlərini “turagent” adlandıran şirkətlər həm də operator işi ilə məşğul olur. Yəni turizm məhsulları yaradaraq satmağa çalışır.

Ölkəxarici turlara isə bunu aid etmək yanlış olar. Nəzarət mexanizmini gəldikdə isə, düşünürəm ki, birbaşa dövlət mexanizmi olmalıdır. Ölkəmizdə bununla bağlı hüquqi baza var. Bununla onların fəaliyyətini daha səviyyəli tənzimlənməsi mümkündür. Bundan əlavə, turizm informasiya sistemi var və reyestr də işləyəcək. Həmin reyestr vasitəsilə dövlət qurumları və ictimai qurumlar hər bir şirkətin fəaliyyəti haqqında məlumatlı olacaq. Nəticədə bu sahədə vəziyyət bir qədər də şəffaflaşacaq. Həmçinin reyestr düzgün statistikanın aparılması və xidmətin keyfiyyətinə nəzarət üçün əlavə imkanlar verəcək”.

Ekspert bələdçilərin əksəriyyətinin işlərində səriştəsiz olması, təhlükəsizlik qaydalarına düzgün riayət olunmaması hallarını da ciddi problem kimi qiymətləndirib. 

“Daxili turlar əsasən təbii ərazilərə təşkil olunur və açıq səma altında fəaliyyətlə zənginləşir. Burda da turistlərin təhlükəsizliyi ön plana çıxır. Daxili turizm bazarında sığortalanmaya qismən əməl olunur. Bunu bir qədər təkmilləşdirmək vacibdir. Digər tərəfdən turizm şirkətlərində fəaliyyət göstərənlərin bu sahədə bilik və bacarıqlarına nəzarət olunmalıdır. Həmçinin tur rəhbərləri özü, yəni bələdçilər özü ilk növbədə təhlükəsizlik qaydalarına riayət etməlidir. Hər hansı təhlükəli vəziyyət yaranarsa onlara ilk yardım etməyi bacarmalıdır.

Təhlükəsizlik deyərkən, həm sığortalanma, həm də nəqliyyat vasitələrinin hazır vəziyyətdə olmasından söhbət gedir. Onlar kütləvi surətdə insan daşıyır, uzaq əraziyə səyahətə çıxır. Buna görə də istifadə olunan nəqliyyatın saz vəziyyətdə olması və turistlərin sığortalanması hər şeydən önəmlidir”.

Bundan əlavə, ekspert bildirib ki, turizm bölgələrində təhlükəsizlik tədbirləri  görülməli, müvafiq qurumlar tərəfindən vəziyyət daim nəzarətdə saxlanılmalıdır:

“Turistik ərazilərdə dayanacaqların vəziyyətinə diqqət yetirmək lazımdır. Məsələn, Quba rayonu ərazisində olan Afurca şəlaləsində təhlükəsizlik tədbirləri görülməyib. Şəlalənin kənarları açıqdır və insanın ayağı sürüşüb hər an yıxıla bilər. Bu cür ərazilərdə təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir. Problemlə bağlı dövlət qurumları da həmin sahələrə ciddi nəzarət etməli, təkcə cərimələrlə kifayətlənməməlidir”.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyə bu yolla böhrandan qaçmağı bacardı - Detallar

İrpen ilə bu şəhərimiz qardaşlaşacaq

“Mercedes”in dizel ilə əlaqədar işinə xitam verilib

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

20-dən çox “Made in Azerbaijan” brendi Rusiyada təqdim olunub

Almaniyada “futbol qatarı” işə salınacaq

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi

Sabah Füzuli şəhərinə 39 ailə yola düşəcək

Sabah Bakıda 30 dərəcə isti olacaq

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? - FOTO

Dünyanı biz təmin edirik, amma...

Bu məhsul da ucuzlaşdı - VİDEO

Bu məhsul da ucuzlaşdı - VİDEO

Yayda səyahət edənlərin nəzərinə: Qiymətlər 300-400 dollar bahalaşdı - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb - Foto

Bu ölkə 2,5 mindən çox qumar oyunları saytını blokladı

Ukrayna Almanya şirkətindən 800-dən çox “Vektor” kəşfiyyat aparatı tələb edib

“Titanik” sərnişininin saatı rekord qiymətə satılıb

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin