BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
28660

Xızı Rayon İcra Hakimiyyəti başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi avtomobil yollarının əsaslı təmiri ilə bağlı satınalma müsabiqəsinə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi "Avtoyoltikintiservis” MMC seçilib. Qurum yolların təmirinə 379.794,8 AZN xərcləyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Avtoyoltikntiservis” MMC 16 mart 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 195, mənzil 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Ramin Adil oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. MMC-nin əlaqə telefonları və internet səhifəsinə də rast gəlinmir. 

"Facebook” sosial şəbəkəsində "Avtoyoltikntiservis” MMC-nin səhifəsi olsa da, aktiv deyil. Digər tərəfdən səhifədə şirkət haqqında dolğun məlumat yerləşdirilməyib. 

"Avtoyoltikntiservis” MMC populyar şirkət olmasa da, tenderlərdə fəal iştirak edir. Dövlət satınalmalarının elektron portalına yerləşdirilən məlumatlardan aydın olur ki, şirkətin əsas sifarişçiləri icra hakimiyyətləri və onlara tabeli qurumlardır. 

"Avtoyoltikintiservis” MMC təkcə 2022-ci ildə 15 satınalma müqaviləsi imzalayıb. Bir müqavilələrdən 14-ü Xızı, Siyəzən, Sumqayıt, Şabran, Qax, Şəki, Sabirabad, Ağsu və Beyləqan icra hakimiyyətləri və onlara tabeli qurumlarla bağlanıb. 

Bir müqavilə isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə imzalanıb. 

Mənzil və yol çəkilişlərinin nəzərdə tutulduğu bu müqavilələrin toplam maliyyə dəyəri 1 809 872, 76 AZN təşkil edir. 

Yeri gəlmişkən, Xızı Rayon İcra Hakimiyyəti Başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi ötən il də "Avtoyoltikintiservis” MMC ilə Xızı şəhərində yolların əsaslı təmiri ilə bağlı maliyyə dəyəri 397.980,96 AZN təşkil edən müqavilə imzalayıb. 

Xızı rayonunun icra başçısı Xəzər Aslanovdur. O 2012-ci ildə bu vəzifədədir.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qiymətlər bahalaşır - Ənənəvi taksilər geri qayıdır?

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Nazir idarə rəisini işdən çıxardı, yüksək vəzifə verdi (FOTO)

Dəniz mənzərəli 6 restoranda səhər yeməyi qiymətləri

Dəniz mənzərəli 6 restoranda səhər yeməyi qiymətləri

İnvestisiya Holdinqinin 186 minlik komandaqurma tədbirləri

Cavanşir körpüsü söküləcək - RƏSMİ

IFC Azərbaycandakı strateji prioritetlərini açıqlayıb

Azərbaycanın kənd təsərrüfatında karbon emissiyasını azaltmaq üçün tələb olunan investisiyaların həcmi açıqlanıb

Naxçıvanda sahibkarlara verilən kreditlərin həcmi 3 dəfəyə yaxın artıb

Ağdamın bu kəndi yenidən qurulacaq

Prezidentlər Cıdır düzündə olub (YENİLƏNİB)

Putin Çin investorlarına üstünlüklər və texnoloji bazaya çıxış vəd etdi

Komitə "çörəkpulu"nun kəsilməsi məsələsinə aydınlıq gətirdi

Qarabağ Universiteti nəzdində kollec yaradıla bilər

Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb

İxtisas seçməmişdən əvvəl mütləq layihə idarə edilməsi ilə tanış olun

3 şirkət "PMD Group" MMC-yə qoşulub

"GreenAgroHack" startap müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Ödənişli yola nə üçün hibrid giriş yoxdur? - AÇIQLAMA

Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi

Sabahın hava proqnozu

Universitetlərin köçürülməsi gündəmdədir? - AÇIQLAMA

14 təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisası akkreditasiyası həyata keçirilir

Kiyevdə elektrik enerjisi sutkada cəmi 4 saat veriləcək

Azərbaycanda "yaşıl istiqrazlar"ın tənzimləmə çərçivəsi hazırlanır

Qazaxda iki nəfəri qanunsuz işlədən şirkət 20 min manat cərimələnib

Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək?

Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama

Azərbaycanda 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin