BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
28640

Ötən gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Günay Bank” ASC-nin lisenziyası ləğv edilib. 

Belə ki, “Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edib. 

“Günay Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. “Günay Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək.

Bəs bankın tərkibində olan “Günay Sığorta”nın taleyi necə olacaq?

İqtisadçı ekspert Rauf Qarayev Oxu.az-a açıqlamasında bildirib ki, bankın tərkibində sığorta şirkəti varsa və lisenziyası ləğv edilməyibsə, fəaliyyətini davam etdirə bilər:

“Mərkəzi Bank tərəfindən yalnız “Günay Bank” ASC-nin müflisləşməsi ilə bağlı məhkəməyə müraciət edilib və bağlanıb”.

O qeyd edib ki, əgər sığorta şirkətinin lisenziyası ləğv edilərsə, bu zaman sığorta şirkətinin öhdəlikləri İcbari Sığorta Bürosu tərəfindən həyata keçiriləcək. Həm bankın, həm sığorta şirkətinin lisenziyasını AMB versə də, hazırda belə bir məlumat yoxdur. “Günay Sığorta” fəaliyyətin davam etdirir”.

Qeyd edək ki, ötən gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Günay Bank” ASC-nin lisenziyası ləğv edilib. 

Bankın 2023-cü ilin birinci rübündə aktivlərinin həcmi 274 milyon 274 min manat olub. 

Bu ilin aprel ayının 1-nə olan hesabatında isə  ümumi depozitlərin həcmi 108 milyon 566 min manata bərabər olub. 

“Günay Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. 

Bank tərəfindən fonda təqdim olunmuş hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edib. Qeyd edək ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Hesab dövrünün rəqəmlərinə görə isə 70 milyon manat əmanətin taleyi məlum deyil. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin