“Bakı Metropoliteni”ndən 250 minlik tender: Yenə də eyni şirkət... (FOTO)
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bu ilin 1 yanvar tarixində elan etdiyi 249.304 manatlıq tenderin nəticələrini bu gün açıqlayıb.
Bizim.Media xəbər verir ki, tenderin qalibi "Leading Supply Solutions” Qapalı Səhmdar Cəmiyyətidir.
Tender “Bakı Metropoliteni” QSC-nin dəmir-beton Konstruksiyaları İstehsalatı sahəsinin, tikinti tepartamentinin və yol xidmətinin tələb etdiyi superaxışqanlaşdırıcı, gecikdirici, qəlib ayırıcı əlavələrin, sement əsaslı, polimer tərkibli beton təmiri, su izolyasiya materiallarının və beton bərkidici məhlullarının satınalınması məqsədilə həyata keçirilib.
Tenderin şərtlərinə görə, şirkət “Bakı Meropoliteni” QSC-ni ümumi çəkisi 201.300 kq olan 9 adda müxtəlif beton qatqıları, qəlib yağları, sement əsaslı beton təmir və materiallarla təmin edəcək.
Qeyd edək ki, “Leading Supply Solutions” QSC neft-qaz sənayesinin Azərbaycan və Gürcüstanda geniş çeşidli istehlak, avadanlıqlar, alətlər və digər yardımcı mallar üzrə aparıcı təchizat şirkətidir.
İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. “Etender.gov.az” saytında satınalan təşkilatın ünvan kimi Bakı şəhəri, Nəsimi r-nu M.Rəfili 16 göstərilib.
Xatırladaq ki, 2021-ci ilin iyununda “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Leading Supply Solutions” şirkəti ilə 26 milyon manatlıq müqavilə bağlayıb.
Həmin müqavilədə Bakı Metropiliteninin III yeni (Bənövşəyi) xəttinə aid “Xocasən” elektrik deposuna aid platforma və vestibül üçün tələb olunan üzlük daşlarının satın alınması nəzərdə tutulub.
Bundan əlavə, "Bakı Metropoliteni" QSC-nin metropoliten obyektlərində 2022-ci ildə aparılacaq tikinti, təmir və abadlıq işləri üçün üzlük daşlarının satın alınması üzrə elan etdiyi tenderin də qalibi "Leading Supply Solutions" olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay