BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
28501

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-aprel aylarında 24,3 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən Valyuta.az-a bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 3,3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,1 faiz artıb.

Sənaye məhsulunun 71,1 faizi mədənçıxarma sektorunda, 23,6 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,9 faiz artıb.

Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 90,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 69,2 faiz, poliqrafiya məhsullarının istehsalı 44,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 40,5 faiz, kağız və karton istehsalı 40,2 faiz, maşın və avadanlıqların istehsalı 23,5 faiz, tikinti materiallarının istehsalı 20,5 faiz, içkilərin istehsalı 18,1 faiz, neft məhsullarının istehsalı 18,1 faiz, qida məhsullarının istehsalı 12,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 12,2 faiz, tütün məmulatlarının istehsalı 9,8 faiz, mebel istehsalı 7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,5 faiz, elektrik avadanlıqlarının istehsalı 1,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 0,9 faiz artıb, əczaçılıq məhsullarının istehsalı 4,4 faiz, hazır metal məmulatlarının istehsalı 6,2 faiz, geyim istehsalı 23,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 27,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 41,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 43,3 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 19,9 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Cavanşir körpüsü söküləcək - RƏSMİ

Cavanşir körpüsü söküləcək - RƏSMİ

IFC Azərbaycandakı strateji prioritetlərini açıqlayıb

Azərbaycanın kənd təsərrüfatında karbon emissiyasını azaltmaq üçün tələb olunan investisiyaların həcmi açıqlanıb

Naxçıvanda sahibkarlara verilən kreditlərin həcmi 3 dəfəyə yaxın artıb

Ağdamın bu kəndi yenidən qurulacaq

Prezidentlər Cıdır düzündə olub (YENİLƏNİB)

Putin Çin investorlarına üstünlüklər və texnoloji bazaya çıxış vəd etdi

Komitə "çörəkpulu"nun kəsilməsi məsələsinə aydınlıq gətirdi

Qarabağ Universiteti nəzdində kollec yaradıla bilər

Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb

İxtisas seçməmişdən əvvəl mütləq layihə idarə edilməsi ilə tanış olun

3 şirkət "PMD Group" MMC-yə qoşulub

"GreenAgroHack" startap müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Ödənişli yola nə üçün hibrid giriş yoxdur? - AÇIQLAMA

Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi

Sabahın hava proqnozu

Universitetlərin köçürülməsi gündəmdədir? - AÇIQLAMA

14 təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisası akkreditasiyası həyata keçirilir

Kiyevdə elektrik enerjisi sutkada cəmi 4 saat veriləcək

Azərbaycanda "yaşıl istiqrazlar"ın tənzimləmə çərçivəsi hazırlanır

Qazaxda iki nəfəri qanunsuz işlədən şirkət 20 min manat cərimələnib

Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək?

Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama

Azərbaycanda 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Yük avtomobili istehsalı 75 %-dən çox artıb

Benzinlə işləyən avtomobilə dizel, dizellə işləyənə benzin töksək, nə olar?

Bloklanmış IMEI kodlarla şəbəkəyə qoşulma cəhdlərinin sayı açıqlandı

Bu ilin 4 ayında DSMF-nin xərcləri 13,3% artıb

“Kapital Bank”a müraciətlərin 70 %-i müştərilərin xeyrinə həll edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin