BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
28191

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi İstehsalat və avtomobil nəqliyyatı vasitələri üçün müxtəlif ehtiyat hissələri, avtoşin, şin kameri və akkumulyator batareyalarının satın alınması üzrə tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi fiziki şəxs Fərzəliyev Sabir Təvəl oğlu olub.

Nazirliyin idarəsi ilə Sabir Fərzəliyev arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 927 min 739 manat təşkil edir. 

Həmin şəxsin hüquqi ünvanı kimi Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanı göstərilir.

Dövlət Satınalmaları ilə bağlı vahid elektron portalında yerləşdirilən məlumatlardan aydıın olur ki, Sabir Fərzəliyev son iki il ərzində müxtəlif dövlət qurumları ilə maliyyə dəyəri 3 milyon 478 min manatdan çox olan 15 müqavilə bağlayıb. Müqavilələr Ekologiya və Təbii Sərvətlər Nazirliyi,  Qusar Kommunal Müəssələr Kombinatı, Respublika Gigiyena və Epidimiologiya Mərkəzi, Biləsuvar Suvarma Sistemləri, Ağdaş Rayon Pirəzə Suvarma İdarəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Samur-Abşeron Kanalının İstismarı İdarəsi və başqaları ilə bağlanıb. Bağlanan müqavilələrdə nəqliyyat vasitələrinin təmiri və sürtkü yağlarının alınması nəzərdə tutulub.  

Sabir Fərzəliyev əsasən "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli qurumları maşın-mexanizmlər üçün ehtiyat hissələri, maşın mexanizmləri və nəqliyyat vasitələri üçün sürtkü yağları, nəqliyyat vasitələri və texnikalar üçün müxtəlif akkumulyatorlala və tikinti materialları ilə təchiz edir. 

Sabir Fərzəliyev 2020-ci ildən, yəni hələ pandemiya dövründən 2022-ci ilin avqust ayına qədər 14 açıq tenderin qalibi olub və 3 107 637 manat məbləğində dövlət sifarişi alıb.

Bir müddət əvvəl mediada tirajlanan araşdırma materiallarında iddia edilir ki, Sabir Fərzəliyev 2010-cu ildən respublikanın şimal bölgəsində, Qusar, Xaşmaz, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının Mənzil Kommunal Təsərrüfatı Birliklərinin, Suvarma Sistemləri İdarələrinin əsas təchizatçısı olub. Son dövrlər isə respublikanın digər bolgələrində də fəaliyyətə başlayıb.

Sabir Fərzəliyevin keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun ən yaxın adamı olması barədə də iddialar var.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin