BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
28167

Bu ilin 3 ayında ölkəmizə ət idxalı 24 faiz artıb. Bu son illərdə qeydə alınan ən böyük artım tempidir.

Bu isə ölkəmizin ərzaq təhlükəsizliyi üçün ciddi təhdiddir. Nəzərə alaq ki, Azərbaycan aqrar ölkədir. Aqrar ölkənin zəruri ərzaq ehtiyacının 24 faizi idxal hesabına ödənilirsə, bu artıq nələrinsə yolunda getmədiyinin göstəricisidir. Və bu barədə ciddi düşünməyə və tədbirlər görməyə əsas yaradır.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, ölkəmizdə heyvandarlıq sahəsində çox ciddi problemlər var:

“Son 7-8 ildə pambıqçılığın inkişaf etdirilməsi məqsədi ilə örüş yerləri əkin dövriyyəsinə qatıldı. Beləcə, heyvandarlığın arealı daralır. Areal daraldıqca istehsal aşağı düşür. İstehsal aşağı düşdükcə qiymətlər artır. Üstəgəl, idxal çoxalır.

Dediyimiz səbəblər üzündən Azərbaycanda heyvandarlıq sektoru ilbəil geri gedir. Yerli istehsal azaldıqca təbii ki, ehtiyaclar idxal hesabına ödənilir. Bu isə yaxşı hal deyil”.

Akif Nəsirli idxal edilən ətin keyfiyyətcə yerli məhsulları əvəz edə bilmədiyini də vurğulayıb:

“Biz çox nadir hallarda mağazalarda xarici ət satıldığını görürük. İdxal edilən ət, əsasən, qapalı təşkilatların və digər dövlət müəssisələrinin ehtiyacları üçün istifadə edilir. İdxal nə qədər çox olsa da, bu yerli ehtiyacları tam ödəyə bilmir. Əhali daha çox yerli heyvandarlıq məhsulları istehlak edirlər. Ona görə də qiymətlər günbəgün artır. 

Quzu ətinin kiloqramı artıq 18 manatdır. Yaxın vaxtlarda bazara yerli kənd təsərrüfatı məhsulları çıxacaq. Bu ətə olan tələbatı bir qədər azaldacaq. Ona görə də payıza qədər ətin qiyməti sabit qalacaq. Amma payızda ətin qiyməti kəskin qalxacaq.

Bu bahalaşmanın qarşısını almaq üçün heyvandarlığın inkişafına şərait yaratmalıyıq. Pambıqçılığa və digər əkinlərə görə heyvandarlığı riskə atmaq olmaz. Çünki, pambıqdan fərqli olaraq heyvandarlıq ölkənin ərzaq təhlükəsizliyində mühüm yer tutur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gələn il Azərbaycanda internetin sürəti 50 Mbit/s-yə çatacaq

Rəhbər öz komandasına, işçisi kimi deyil, öncə insan kimi yanaşmalıdır - Mütəxəssis

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

Dünyanın ən böyük kriptovalyuta birjasının rəhbəri cəzalandırıldı

“Aqrar Sığorta”da geri sayım davam edir - Yığımlar 2,2 mln. manatdan çox azalıb

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır

Avro ucuzlaşsa da, rubl bahalaşdı – Məzənnə

Bitcoin və Etherium 5 faizdən çox ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Havada toz müşahidə olunur

Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır

İbtidai siniflər üçün əlavə yaz tətili başladı

Bakıda küləyin sürəti 20 m/s-dir - FAKTİKİ HAVA

BMW Çindəki zavoda milyardlarla sərmayə qoyacaq

Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? (AÇIQLAMA)

Vikipediya hələ də RKN-nin tələbi ilə 187 “qanunsuz” materialı silməyib

“Karvan” Ticarət Mərkəzindən maddi ziyan tələbi

Çinə məxsus eksklüziv "Galaxy C55" digər ölkələr üçün buraxılacaq

“Texnikabank”la “AAAF-İnşaat” arasında kredit qalmaqalı

L'Occitane səhmlərini geri alacaq və özəl şirkət olacaq

"QIZIL ULDUZ 2001"a protokol tərtib edildi

Ukrayna Rusiyadan qaz tranzitindən imtina edəcək: Avropa donacaq?

“Sədərək” Firmasına qarşı ittiham – Hansı qaydaları pozub?

Philips-in qüsura görə ödəyəcəyi nəhəng məbləğ açıqlandı

"İstanbul NS Klinikasi" məhkəməyə verilib

G7: "Rusiyanın enerji gəlirlərinin azalması Ukraynaya uğurlu dəstəyin açarıdır"

"Şamaxı Rayon Yaşıllaşdırma Müəssisəsi" məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin