BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8335
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1343
28059

Dünya üzrə qadınlar kişilərlə müqayisədə iki dəfə az əməkhaqqı alırlar. Bu hal inkişaf etməkdə olan ölkələrdə daha qabarıq şəkildə özünü büruzə verir. Ekspertlərin qənaətincə, Azərbaycanda da bu hal müşahidə edilir. Lakin əvvəlki illərlə müqayisədə xeyli irəliləyişlər də var.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Beynəlxalq Əmək Təşkilatı dünyada qadın və kişilərin məşğulluğu, aldıqları əməkhaqqı ilə bağlı növbəti hesabatını açıqlayıb. Hesabata əsasən, dünyada əmək qabiliyyətli qadınların 15 faizi, kişilərin isə 10,5 faizi işsizdir. İnkişaf etməkdə olan ölkələrdə bu rəqəmlər müvafiq olaraq 24,9 və 16,6 faiz təşkil edib. Həmçinin qlobal miqyasda kişilərin əməkhaqqından qazandığı hər 1 dollarla müqayisədə qadınlar 51 sent qazanır.

Dünyada 80, Azərbaycanda 63 faiz

Bəs ölkəmizdə bu sahədə vəziyyət necədir? Qadınlarla kişilərin orta aylıq əməkhaqqı nominalında nə qədər fərq mövcuddur?

Sözügedən məsələ ilə bağlı bir müddət əvvəl mövcud vəziyyəti açıqlayan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin sözlərinə görə, bu gün dünyada təxminən eyni vəzifədə çalışan bir qadının aldığı əməkhaqqı, kişinin əməkhaqqının 80 faizini təşkil edir. Azərbaycanda isə bu göstərici cəmi 63 faizdir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva isə bildirib ki, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda dinamik, inklüziv cəmiyyətdə sosial ədalətin təmin olunması üçün qadın əməyinin düzgün qiymətləndirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib. Həmin strategiyaya əsasən, 2026-cı ilə qədər Azərbaycanda qadınların orta aylıq əməkhaqqının kişilərin orta aylıq əməkhaqqına nisbətinin minimum 80 faizə çatdırılması nəzərdə tutulub.

“Qanunvericilikdə belə bir tələb yoxdur”

Mövzu ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib ki, Azərbaycanda cinsə görə ayrı-seçkilik yoxdur. Yəni qanunvericilikdə belə bir tələb mövcud deyil:

“Bizim qanunvericiliyə əsasən, qadınlar və kişilər bütün məsələlərdə bərabərhüquqludurlar. Bu, əməkhaqqı məsələsində də belədir. Yəni əməkhaqqı cins fərqinə görə ödənilmir. Bəlkə dünyanın hansısa ölkəsində belə bir vəziyyət var. Əlbəttə ki, düzgün yanaşma deyil”. 


Cinsə görə fərq qoymaq məsuliyyət yaradır

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov deyib ki, yerli qanunvericiliyə, həm də tərəfdaş çıxdığımız beynəlxalq normalara görə “bərabər əməyə görə bərabər ödəniş sistemi” tətbiq edilir. Yəni bir şəxs hansısa peşə, ixtisas, sahə üzrə işləyirsə, burada cinsə görə fərq qoymaq qadağandır:

“Bu, məsuliyyət yaradır. Amma ümumi götürüləndə qadınlarla kişilərin əməkhaqqı arasında fərqlər mövcuddur. Çünki kişilər daha yüksək əməkhaqqı ödənilən sahələrdə işləyirlər. Məsələn, deyək ki, maşınqayırma, tikinti, emal sənayesi, hasilat sənayesi. Bu sahələrdə işləyənlərin əksəriyyəti kişilərdir və burada əməkhaqqı daha yüksəkdir. Amma qadınlar harada işləyir? Sovet dövründə qadınlar fabriklərdə işləyirdilər və bu sahə yüngül sənaye sayılırdı. İndi isə daha çox büdcə təşkilatlarında çalışırlar. Məsələn, müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin 70-80 faizi qadınlardır. Yuxarıda qeyd etdiyim kimi, kişilərin işlədiyi sektora nisbətən bu sahələrdə çalışan qadınların əməkhaqqı azdır. Yaxud qadınlar aqrar sektorda işləyirlər ki, burada da əməkhaqqı kifayət qədər aşağıdır. Ona görə də belə bir fərq yaranır. Yəni əsas səbəb bundan ibarətdir ki, qadınların işlədiyi sahələrdə əməkhaqqı kişilərin işlədiyi sahələrə nisbətən daha aşağıdır”.

“Azərbaycanda belə addımlar atılmır”

S.Məmmədov qeyd edib ki, dünyanın hər yerində vəziyyət belədir və buna təbii baxmaq lazımdır:

“İstənilən inkişaf etmiş dövləti misal gətirə bilərik. Orada neft platformalarında kimlər işləyir? Əsasən kişilər. Ən ağır işlərdə yenə kişilər işləyir. Düzdür, bəzi ölkələr bunu balanslaşdırmaq üçün müəyyən tədbirlər görürlər, qadınların əməkhaqqının artırılması üçün hansısa vergi güzəştləri tətbiq edilir. Misal üçün, yüngül sənaye sahəsində qadınlar çox işləyirlər. Belə sahələrdə vergi yükünü azaldırlar və onu məqsədli şəkildə qadınların əməkhaqqına yönəldirlər. Belə tədbirləri çox az dövlətlər edir. Azərbaycanda isə belə addımlar atılmır və gözlənilmir”.

Kişilərin karyera yüksəlişi daha asandır

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, Azərbaycanda əmək hüquqlarına görə əməkhaqqı məsələsində cinsə görə fərqlər yoxdur:

“Amma ola bilər ki, özəl sektorda bu hal baş versin. Belə fərqlər qeyri-hökumət təşkilatlarında da yoxdur. Müəyyən edilmiş standartlar və iş gününə görə əməkhaqqı verilir. Dünyanın bir çox yerində fərqlər var, o cümlədən əvvəllər Azərbaycanda belə bir yanaşma var idi. Amma qanunvericilik kifayət qədər bunun qarşısını aldı. Ola bilər ki, hansısa iş yerində vəzifə pilləsində bacarıq və qabiliyyətinə görə kişiyə üstünlük verilir, amma qadın kənarda qalır. Bunu hesaba alsaq görə bilərik ki, qadınlar kişilərdən az əməkhaqqı alırlar. Baxmayaraq ki, eyni formada qadın da əmək sərf edir. Lakin qadının karyera pilləsində irəliləməsi kişiyə nisbətdə daha aşağı səviyyədə gedir. Bu da onun əməkhaqqına öz təsirini göstərir. O ki qaldı özəl sektora, bu sahə də qanunvericiliklə tənzimlənir. Bir sıra hallarda hansısa özəl şirkət öz standartlarını müəyyən edir. Əgər qadın əməyinin müqabilində kişilərlə müqayisədə aşağı səviyyədə ödəniş edildiyini görürsə, məhkəməyə müraciət etməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AK tezliklə daha bir anti-Rusiya sanksiyalar paketini qəbul etməyi gözləyir

"İnşaat Konstruksiyaları" MMC məhkəmə qarşısında

Daha bir şirkət cərimələnə bilər

Rusiya Britaniya zonasında neft və qaz tapıb, indi çıxarmağa hazırlaşır - The Telegraph

İnnovasiya və Təchizat Mərkəzi 4 milyonluq dərman alır

"MAKITA BAKI" cərimələndi

Fiziklər illərlə axtardıqları sirli elementar hissəciyi kəşf etməyə yaxınlaşdılar

Keçmiş işçisi "Amrahbank"dan nə tələb edir?

Rusiyada Ukraynanın “Xortitsa” araq istehsalçısının keçmiş aktivləri həbs edildi

Agentlik Bakıda 165 minlik tədbir keçirəcək

Nikkei: Yaponiya 2040-cı ilə qədər yaşıl enerjinin inkişafı strategiyasını hazırlayacaq

İki şirkət arasında podrat qalmaqalı

Rusiyanın ABŞ-dakı səfiri Vaşinqtonun sanksiya siyasətinin faydasız olduğunu dedi

Məcnun Məmmədov Belarusun kənd təsərrüfatı naziri ilə görüşdü (FOTO)

Tanınmış aparıcı vəzifəyə təyin olundu

ABŞ nəhayət Rusiyadan uran idxalına qadağa qoydu

Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi

Əlillik üçün müalicə müddəti gözlənilmədən göndərişləri rəsmiləşdirilən bir sıra xəstəliklərin adı bəlli olub

Nasaz nəqliyyat vasitələrinin sahiblərinin NƏZƏRİNƏ: Sabahdan etibarən cərimələnə bilərsiniz

ABŞ yeni tariflərlə Çinə ticarət təzyiqini artıracaq

Mərkəzi Bank keyfiyyətsiz xidmət göstərən sığorta şirkətlərini açıqlayıb - Xalq Sığorta yenə öndə

Nazir direktoru təqaüdə göndərdi

Nazir direktoru təqaüdə göndərdi

Avtomobilləri yay mövsümünə necə hazırlamaq lazımdır? - VİDEO

Laçın Hava Limanında tikinti işlərinin 65 %-i tamamlanıb

Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu xətlərində görülən işlərin vəziyyəti açıqlanıb

AK İspaniyanı "Huawei"yə qarşı məhdudiyyətləri sərtləşdirməyə çağırır

Kənd təsərrüfatı məhsullarının qiyməti niyə ucuzlaşmır? (AÇIQLAMA)

İş adamı Dövlət Gömrük Komitəsini məhkəməyə verdi

Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin