18.04.2023 / 17:06
Vilayət Eyvazov polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi (FOTO)
27941
Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cəmşid Hənifəyev vəzifəsindən azad edilib.
"Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Cəmşid Hənifəyev təqaüdə göndərilib.
Vilayət Eyvazovundigər əmri ilə bu vəzifəyə Vüsal Qələndərov təyinat alıb. O, bu təyinatadək Abşeron DYP-də baş inspektor işləyib.
Qeyd edək ki, V. Qələndərov Bakı Beynəlxalq Avtovağzalının direktoru Qəhrəman Qələndərovun oğludur. Qəhrəman Qələndərov daha əvvəl Nəsimi DYP-nin rəisi olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay