BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8199
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1327
27762

Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra 7 şagirdin səhhətində yaranmış narahatlıqlarla əlaqədar aparılan araşdırmaların ilkin nəticələri ilə bağlı məlumat yayıb.

Agentlikdən Valyuta.az-a verilən xəbərə görə, aparılmış yoxlama zamanı məlum olub ki, aprelin 6-da sözügedən məktəbin müxtəlif siniflərində təhsil alan 7 şagird məktəbin yeməkxanasında xidmət göstərən “TAİS İKF” MMC tərəfindən satışı həyata keçirilən toyuğun qızardılmış döş əti (nagets), 1 şagird isə dönər (şaurma) qəbul edib:

"Qida qəbulundan sonra şagirdlərin səhhətində epiqastral nahiyədə ağrılar, ürəkbulanma, başağrısı, baş gicəllənmə müşahidə edilib. Məktəbin tibb məntəqəsində şagirdlərə ilkin tibbi yardım göstərildikdən dərhal sonra təcili tibbi yardıma müraciət olunub.

Qeyd olunan hadisə ilə bağlı 20 nömrəli tam orta məktəbdə keçirilən yoxlama zamanı “TAİS İKF” MMC-nin yeməkxanada icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi, adıçəkilən qidaların məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirildiyi məlum olub. Sözügedən qidaların vitrinlərə (isti və soyuq vitrin, açıq vitrin) yığılaraq satışı həyata keçirilir. Həmçinin, məktəbdə yoxlama zamanı müəssisəyə qida məhsulları gətirildikdən sonra temperatur və nəmliyə nəzarət olunmadığı da müəyyən edilib.

Eyni zamanda, yoxlama zamanı 26 adda müxtəlif çeşiddə qida məhsulundan nümunələr, 6 nəfər işçinin əllərindən yaxma nümunəsi və 20 ədəd müxtəlif səthlərdən, istifadə olunan alət və ləvazimatlardan yaxma nümunələri götürülərək laborator müayinələrin aparılması məqsədilə Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına təqdim edilib. Həmçinin, yuxarıda adı qeyd olunan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən “TAİS İKF” MMC-yə məxsus qidaların hazırlanması və çatdırılması müəssisəsində AQTA tərəfindən plandankənar yoxlama tədbirləri davam etdirilir. Yoxlamanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BMW Çindəki zavoda milyardlarla sərmayə qoyacaq

Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? (AÇIQLAMA)

Vikipediya hələ də RKN-nin tələbi ilə 187 “qanunsuz” materialı silməyib

“Karvan” Ticarət Mərkəzindən maddi ziyan tələbi

Çinə məxsus eksklüziv "Galaxy C55" digər ölkələr üçün buraxılacaq

“Texnikabank”la “AAAF-İnşaat” arasında kredit qalmaqalı

L'Occitane səhmlərini geri alacaq və özəl şirkət olacaq

"QIZIL ULDUZ 2001"a protokol tərtib edildi

Ukrayna Rusiyadan qaz tranzitindən imtina edəcək: Avropa donacaq?

“Sədərək” Firmasına qarşı ittiham – Hansı qaydaları pozub?

Philips-in qüsura görə ödəyəcəyi nəhəng məbləğ açıqlandı

"İstanbul NS Klinikasi" məhkəməyə verilib

G7: "Rusiyanın enerji gəlirlərinin azalması Ukraynaya uğurlu dəstəyin açarıdır"

"Şamaxı Rayon Yaşıllaşdırma Müəssisəsi" məhkəmə qarşısında

Turində G7 toplantısında Rusiya maye qazından imtina müzakirə olunacaq

Sosial Dəstək Mərkəzində yoxlama aparılacaq

Fransada inflyasiya gözləniləndən yüksək olub

Azərbaycanlı milyarder əfv edildi

Dövlət qurumundan “Azpetrol”a 70 min manatlıq sifariş

Ukraynada elektrik enerjisi istehsalı qıtlığı nə vaxta qədər hiss olunacaq?

Karqo şirkətlərindən narazı müştərilər üçün yenilik – Bu sistem keyfiyyətə necə təsir edəcək?

“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalı olan dövlət orqanlarının sayı artırılıb

Onlar imtahanda maksimum bal topladı (FOTO)

Onlar imtahanda maksimum bal topladı (FOTO)

"Volkswagen"in mənfəəti kəskin şəkildə azalıb

"Çıraq İnşaat"a protokol tərtib edildi

ABŞ Rusiya uranının idxalına qadağa qoymağı nəzərdən keçirir - Bloomberg

Bölgələr xarici turist cəlb etməkdə paytaxt hotellərinə uduzur - Deputat

Gələn ay Şuşaya 20 ailə köçürüləcək - Püşk atıldı

“Azərkosmos”un ixrac gəlirləri 700 min dollar azalıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin