BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
27757

Lənkəran Şəhər İcra Hakimiyyəti “All The Trifles” MMC ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilənin maliyyə dəyəri 266.742,54 AZN təşkil edir. 

Qurum bu məbləğə şirkətdən müxtəlif növ mallar alacaq. Müsabiqənin şərtlərindən məlum olur ki, İcra Hakimiyyətinin alacağı mallar aşağıdakılardır:

Mişar daşı (10 230 ədəd) 
Sement 350m (200 ton) 
Şifer (8400 ədəd) 
Fanerka -1,5*1,5 1sm (200 ədəd) 
Taxta çatı ayaqı - 150*50 mm (68m(3) 
Taxta dirək -100*50 mm (50m(3) 
Taxta reyka - 40*50 mm (50m(3)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “All The Trifles” MMC 30 yanvar 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, Aşağı Puta, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Arif Aydın oğludur. 

“All The Trifles” MMC və Arif Babayev haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bu da şirkətin əsasən “tender əməliyyatları” üçün yaradıldığını deməyə əsas verir. 

Lənkəran Şəhər İcra Hakimiyyəti bu tenderlər qanunvericiliyi də pozub. “Dövlət satınalmaları haqqında” Qanunda qeyd edilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması vacibdir. “All The Trifles” şirkəti isə 2 aydır fəaliyyət göstərir və bu kriteriyalara cavab verəcəyi inandırıcı görünmür. Əgər şirkətin adicə veb-səhifəsi yoxdursa - indiki şərtlər daxilində bu ən vacib məsələlərdən biridir - onun maddi-texniki bazasının hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyil. 

Yeri gəlmişkən, mediada Lənkəran Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qeyri-şəffaflığı və qanun pozuntuları ilə müşayiət olunması barədə xeyli sayda materiala rast gəlinir. 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən bu vəzifədədir. Taleh Qaraşov ən çox tənqidə məruz qalan icra başçılarındandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin