İcra Hakimiyyəti ilə 2.5 ayın şirkəti arasında 130 minlik müqavilə
Tovuz Rayon İcra Hakimiyyəti il ərzində anım, hüzn günləri, dövlət və peşə bayramları ilə əlaqədar keçiriləcək tədbirlərin təşkili xidmətlərin satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.
Qaynarinfo xəbər verir ki, satınalma müsabiqəsində "Prodsale” MMC qalib elan edilib. İcra Hakimiyyəti ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 132.440 AZN təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Prodsale” MMC 23 yanvar 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. MMC-nin hüquqi ünvanı Yasamal rayonu, xarici dairəvi yolu, ev 59, mənzil 51-də yerləşir. Şirkətin qanuni təmsilçisi Hətəmova Sahilə Zahid qızıdır.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. Bu da başadüşüləndir. Çünki şirkət 2,5 aydır yaranıb. Başa düşülməyən Tovuz Rayon İcra Hakimiyyətinin 2,5 ayın şirkəti ilə satınalma müqaviləsi imzalamsıdır. Məsələ burasındadır ki, "Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsində satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması tələb edilir. 2,5 ayın şirkətinin bu tələblərə cavab verəcəyi inandırıcı görünmür.
Tovuz rayonunun icra başçısı Məmməd Məmmədovdur. O, bu vəzifəyə 2018-ci ildə təyin edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay