31.03.2023 / 13:15
“Music Gallery” şəbəkəsi SATILDI
27426
Azərbaycanda elektronnika və məişət texnikası bazarının yenidən bölünməsi prosesi davam edir.
Valyuta.Az Fed.az-a istinadən xəbər verir ki, bazarda daha bir iri birləşmə baş verib.
Belə ki, “Music Gallery” şəbəkəsi ölkənin iri biznes-maliyyə qruplarından olan “AGA Group”a satılıb.
Əməliyyat 2022-ci ilin dekabrında yekunlaşıb və hazırda “Music Gallery” sözügedən şirkətə məxsusdur.
Qeyd edək ki, “Music Gallery” 1993-cü ildə yaradılıb və Azərbaycanda ilk məişət və elektronika texnikası üzrə mağazalar şəbəkəsi sayılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay