BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
27331

“Qaradağ Tibb Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqələrinin qalibi “Svord-A.A. Services” MMC (VÖEN-2003437151) olub.

“Qaradağ Tibb Mərkəzi” 7 ədəd liftə texniki xidmətin göstərilməsi üçün “Svord-A.A. Services” şirkətinə ümumilikdə 27 min 621 manat 63 qəpik ödəyəcək.

Məlumat üçün qeyd edək ki, “Svord-A.A. Services” MMC son 3 ay ərzində aşağıdakı qurumların analoji tenderlərinin də qalibi olub:

“Kliniki Tibb Mərkəz” – 21 264,78 manat
Qazax Rayon Mərkəzi Xəstəxanası – 7 200 manat
“Sanator-Kurort Reabilitasiya Mərkəzi” – 13 027,2 manat
“Uşaq və Yeniyetmələr üçüm Vərəm Sanatoriyası” – 7 200 manat

Bunlardan başqa “Svord-A.A. Services” MMC ötən illərdə də çoxsaylı tenderlərin qalibi olub. Bu şirkət 2022-ci ilin may ayında MİDA-nın 600 000 manatlıq tenderini udub.

Qeyd edək ki, “Svord-A.A. Services” MMC 02.07.2015-cü il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov ev 15 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Abuşov Anar Şəmdin oğludur. 

MMC-nin qanuni təmsilçisi Anar Abuşov uzun illər Bakı şəhərinin lift təsərrüfatında müxtəlif vəzifələrdə çalışan Şəmdin Abuşovun oğludur.

“Svord-A.A. Services” MMC-nin qeydiyatda olduğu hüquqi ünvanda - Xətai rayonu, Fəzail Bayramov ev 15-də “Krokus AV S.R.O” şirkətinin Azərbaycandakı filialı  (VÖEN- 2003039731) və Krokus AV S.R.O” şirkətinin Azərbaycandakı nümayəndəliyi (VÖEN – 2003778101) yerləşir.

“Krokus AV S.R.O” şirkəti isə 15 mart 2012-ci ildə Çexiyanın dördüncü böyük şəhəri olan Plzendə qeydiyyata alınıb. Şirkət 2 nəfər Azərbaycan vətəndaşı – 1944-cü il təvəllüdlü Vaqif Xəlilov və 1950-ci il təvəllüdlü Asiya Xəlilova tərəfindən təsis olunub.

Vaqif Xəlilov Çexiyada şirkət təsis etməzdən cəmi 2 ay əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin tərkibindəki "Bakılifttəmir" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad olunub.

Şirkətin Bakıdakı Nümayəndəlik və Fililalına isə Vaqif Xəlilovun oğlanları İlkin və Emil Xəlilovlar rəhbərlik edir.

Emil Xəlilov eyni zamanda “Bakı Otis Lift” QSC-nin (VÖEN – 1400336121) də rəhbəridir.

Yazının əvvəlində qeyd etdiyimiz Şəmdin Abuşov da bir müddət “Bakı Otis Lift” QSC-yə rəhbərlik edib (2020-ci ildə vəfat edib).

Adları qeyd olunan bu şirkətlər dövlət qurumlarının keçirdiyi dəyəri milyonlarla manat olan yüzlərlə tender müsabiqəsində qalib olurlar.

Maraqlıdır ki, böyük məbləğdə tender müsabiqələri udmalarına baxmayaraq hazırda QSC-nin dövlət büdcəsinə 80 min 763 manat 91 qəpik vergi borcu var.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin