BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.9252
  • RUB
    2.1118
  • TRY
    0.044
  • GBP
    2.2614
27217

Bu gün paytaxtın demək olar ki, hər tərəfində, elektrosukuterlərə rast gəlmək mümkündür. Avropa ölkələrində elektrosukuterlərdən nəqliyyat vasitəsi, tıxaclara alternativ vasitə kimi istifadə olunur. Bizdə isə insanlar daha çox ondan əyləncə vasitəsi kimi istifadə edir. Bulvarda, əhalinin sıx olduğu parklarda onlardan istifadə edənlər var. Amma bunu şəhərin hər yerinə şamil etmək olmaz. Hətta bəzi ərazilər də bu elektrosukuterlər baxımsız, sahibsiz, atılmış vəziyyətədirlər. 

Ekspertlər hesab edir ki, məlum cihazlar oyuncaq deyil, ondan istifadə etməyi, sürməyi bacarmaq lazımdır.

Ətrafdakı insanlar üçün təhlükəyə çevrilməməlidir. Digər bir problem isə vasitənin qiymətinin baha, saatı 5-6 manat olmasıdır ki, bu da ona olan marağı azaldır. Elə isə hər gün göbələk kimi çoxaldığı halda, demək olar ki, istifadəsiz qalan, yaxud da sürülüb hansısa bir küçədə yol qırağında atılan bu elektrosukuterlərin şəhərə doldurulmasında məqsəd nədir?

Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı elektrosukuterlərin baxımsız qalmasının səbəbini qiymətlərin baha olması ilə əlaqələndirilib. 

“Qiymətlərin baha olmasını müzakirə etmək olar. İstənilən bir yenilik hər zaman problemlə müşahidə edilir. Zamanla bunu tənzimləmək olar. Ancaq elektrosukuterlərin bu gün ən çox problemə çevrildiyi məkan bulvar ərazisidir. İnsanlar gəzir, idman edir, uşaqlar əylənir. Sukuterlərin əlindən bir çox insanlar bulvara getmir. Onlar üçün xüsusi zona yaratmaq olar ki, həmin xətdən kənara çıxmasınlar”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov elektrosukterlərin Bakı şəhərinin ərazisinə özəl şirkətlər tərəfindən yerləşdirdiyini deyir: 

“Bu vasitələrin özəl şirkətlər tərəfindən yerləşdirilməsi normaldır. Yəqin ki, onlar Bakı Şəhər İcra Hakimiyyətindən icazə alırlar və vergilərini də ödəyirlər. Bu sukuterlər fərdi mobil vasitəsi sayıla bilər. Düşünürəm ki, zamanla Azərbaycanda ondan istifadə edənlərin sayı artacaq. Kirayə götürməklə yanaşı, almaq da olur”. 

Yollarda təhlükə mənbəyi

Ekspert vasitənin şəhərdə idarə edilməsi ilə bağlı qəbul edilmiş qaydalara ehtiyac olduğunu vurğulayıb: 

“Bizim avtonəqliyyat üzrə ekspert qrupunun- “Elektosukterlərin Azərbaycanda istismarı” adlı layihəmiz var. May ayına qədər hökumətə təqdim etməyi düşünürük. Yaşı 16-dan az olan uşaqların elektrosukuteri avtomobil yolunda sürməsi qadağan olunmalıdır. Vasitədən istifadə etmək üçün hər hansı bir sürücülük vəsiqəsinə ehtiyac yoxdur. Müasir sukterlərin surəti çox yüksəkdir. Eləsi var ki, sürəti saatda 50-60 km-ə gəlib çatır. Sukuterlərin sürət həddi olmalıdır.

Hansı ki, saatda 25 km-dən artıq olmamalıdır. Bununla bağlı da layihə hazırlayıb təqdim edəcəyik. Təhlükəsizlik məsələsinə gəlincə, sürərkən mütləq ön və arxa fənərləri açıq olmalıdır. Sürən şəxsin başında qoruyucu dəbliqəsi mütləqdir. Kirayə qiymətləri bahadır. İnsanlar özləri bu vasitəni aldıqdan və sayları artdıqdan sonra qiymətlər düşəcək. Hələ ki. gənclər tərəfindən əyləncə vasitəsi kimi istifadə olunur. Amma ondan ciddi şəkildə istifadə edən orta yaşlı insanlar da var”.

Qeyd edək ki, sakinlər bulvar ərazisində elektroskuter sürmək üçün “Wingz.az” mobil tətbiqini yükləməli, qeydiyyatdan keçməklə kart hesabını daxil etməlidirlər. Hazırda cihazı istifadə etmək üçün yaş həddi yoxdur. İdarə etməyi bacaran istənilən şəxs gəlib elektroskuteri icarəyə götürə bilər. Vaxt isə skuteri icarəyə götürdüyünüz andan hesablanır. 

Bu vasitədən istifadə edənlərlə apardığımız sorğudan məlum oldu ki, aparatlar maraqlı və əyləncəli olsa da, qiymətləri bahadır. Şəhər sakini Fərid İlqarov:

“Cəmi bir dəfə istifadə etdim. Saatı 5 manatdan yuxarıdır. Sürmək əyləncəli idi. Şərait yaradılsa, bu vasitə ilə tıxac problemindən də qurtulmaq olar”.

Vəli Rəşadov isə bildirdi ki, bir dəfə işə gecikdiyi üçün bu vasitədən istifadə edib: 

“20 Yanvar metrostansiyasının qarşısından “Port Baku” istiqamətində işə getməliydim. Vaxt az, yollar tıxac idi. Sukuterdən istifadə etməklə vaxtında işə çata bildim. Bu sahədə qaydalarda, qiymətlərdə tənzimlənmə olsa istifadə edənlər çoxalar”.

Qeyd edək ki, müvafiq qurumlardan (Bakı şəhəri İcra Hakimiyyəti, Bakı Nəqliyyat Agentliyi, Dənizkənarı Bulvar İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi) aldığımız açıqlamadan məlum oldu ki, bu cihazların yerləşdirilməsi və ya hərəkətinin tənzimlənməsi ilə bağlı heç bir dövlət qurumu məşğul olmur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şirkət gömrük sənədlərini vaxtında təqdim etmədiyi üçün cərimələndi

"Google" film istehsalına qədəm qoyur: Yeni layihələr nələr vəd edir?

Etimad Bayramovun ticarət mərkəzinin də borcu var

Müsahibədə seçilmək üçün 5 üsul - Qəbul şansını artırır

"Surmann Group"un külli miqdarda vergi borcu var

Nağdsız ödənişlərdə gecikən geri qaytarmalar – Problem banklarda, yoxsa qanundadır?

Nağdsız ödənişlərdə gecikən geri qaytarmalar – Problem banklarda, yoxsa qanundadır?

"Meta" "Pegasus"a görə 167 milyon dollar cərimə qazandı

Avropada turist izdihamından uzaq, ən yaxşı çimərlik kurortları (SİYAHI)

Stiv Cobs, Bill Qeyts və Mark Zukerberqin uğurunun təəccüblü sirri - Solaxay olmaq

Nəsimi rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

"Microsoft" "Windows" parametrlərini dəyişə bilən süni intellekt təqdim edəcək

BMW-dən ABŞ tarifləri ilə bağlı "dalğalı il" xəbərdarlığı

Azərbaycanlı tələbə ABŞ-da ən böyük VR hakatonlarından birinə rəhbərlik etdi (FOTO)

Azərbaycanlı tələbə ABŞ-da ən böyük VR hakatonlarından birinə rəhbərlik etdi (FOTO)

Bu Agentliyin 873 min manatlıq tenderi ləğv edildi

"Amazon" 4 milyard dollarlıq bulud mərkəzi quracaq

Sabahdan şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq

Tikinti şirkətinin 1 milyon manata yaxın vergi borcu var

Abunəçilər su pulunu hissə-hissə ödəyə biləcəklər - RƏSMİ

"NSO Group" şirkəti casusluq edirmiş - "WhatsApp"a 167 milyon dollar təzminat ödəyəcək

4,9 milyonluq tender elan edildi

Nazir müavini işdən çıxarıldı

Prezident İlham Əliyevin Vyetnam KP MK Baş katibi ilə məhdud tərkibdə görüşü başlayıb

Prezidentdən sənaye parkları ilə bağlı Fərman

Yeni dövlət rüsumu müəyyənləşdi - 1 100 manatdan

Bu Mərkəzdən “Kripto Lab”a 977 min manatlıq sifariş

150 kirayə mənzil satışa çıxarılır

Azərbaycan bu ölkəyə ədədi 24 manatdan göyərçin satıb

Azərbaycan bu ölkəyə ədədi 24 manatdan göyərçin satıb

"AzerGold"un nizamnamə kapitalı 216,3 milyon manat artırılacaq

Bakıda iki maklerə cinayət işi açıldı - 155 minlik dələduzluq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin