Xəbər
24.02.2023 / 12:14
İcra başçısı məmuru cəzalandırdı: Daha aşağı vəzifəyə təyin edildi
26901
Sabunçu Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş tutub.
Manset.az-ın əldə etdiyi məlumata görə, icra başçısı Adil Vəliyevin müvafiq əmri ilə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana Qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov tutduğu vəzifəsindən azad olunaraq, daha aşağı vəzifəyə - Mənzil Kommunal Təsərrüfatı Birliyində baş mühəndis vəzifəsinə təyin edilib.
Digər əmrlə Zülfüqar Mirzəliyev Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana Qəsəbəsi üzrə nüamyəndəsi təyin edilib. Arif Osmanovun işində yol verdiyi nöqsanlarına görə daha aşağı vəzifəyə keçirildiyi bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay