BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1606
26397

“Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin Agentliyin hesabına köçürülən vəsaitin bölgüsü və ondan istifadə Qaydası” təsdiq edilib.

Valyuta.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, vəsait dövlətin mülkiyyəti hesab olunur, Agentliyin sərəncamındadır və onun sərəncamçısı dəyişdirilə bilməz.

Qaydaya əsasən, vəsait “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Agentlik tərəfindən tətbiq olunan cərimələrdən toplanılan vəsait hesabına formalaşdırılır.

Vəsaitin toplanılması və təyinatı üzrə istifadə edilməsi məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində Agentlik üçün xüsusi xəzinə hesabı açılır.

Maliyyə Nazirliyi hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-da (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə növbəti iş günü) Agentliyin xüsusi xəzinə hesabına köçürülməsini təmin edir.

Vəsaitin Agentliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:

-işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması;

-işçilərə maddi yardım göstərilməsi.

Vəsaitin Agentliyin maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:

-malların (işlərin və xidmətlərin) alınması;

-qeyri-maliyyə aktivlərinin alınması;

-maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində digər xərclər.

Vəsaitin 60 faizi bu işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə , 40 faizi isə Agentliyin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədləri üçün ayrılır.

Agentliyin işçilərinin mükafatlandırılması qaydası da müəyyənləşib.

İşçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

-işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

-mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;

- Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayram günləri, habelə digər əlamətdar hadisələrlə əlaqədar.

İşçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

-vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə kömək göstərilməsi;

-rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

-normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənmə.

İşçi xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayramlar və yubileylər zamanı Agentliyin sədri tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilər.

İşçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması və maddi yardım göstərilməsi Agentliyin sədr müavininin təqdimatı əsasında Agentliyin sədrinin əmri (qərarı) ilə rəsmiləşdirilir.

Vəsaitin istifadəsinə nəzarət öz səlahiyyətləri daxilində Agentlik və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Vəsait üzrə gəlirlər və xərclər smetasının icrası barədə hesabat Agentlik tərəfindən Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ehtiyat hissələri satarkən aldatmayın, alarkən isə aldanmayın

Azərbaycanda qızıl sürətlə bahalanır – Son qiymətlər

Azərbaycan üçün Şengen vizasının rüsumu artırılır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda maaşlar 100 manata qədər artdı

Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır

İranda prezident seçkilərinin tarixi təsdiqlənib

İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır

Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanda sığorta yığımlarının həcmi 543 mln. manata çatıb

Məşğulluq üçün verilən əmlakın satışı - Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA

62 ildən sonrakı söküntüdən - Video

62 ildən sonrakı söküntüdən - Video

Azəbaycanla bu ölkə arasında ixtisas diplomları qarşılıqlı tanınacaq

Davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb

“Özbəkneftqaz” “Şahdəniz” layihəsinə daxil ola bilər

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Parlamentin növbəti iclası mayın 24-də keçiriləcək

Bu qurumun işçilərinə konpensasiya veriləcək

Azərbaycan beynəlxalq təşkilata 1,7 milyon manat üzvlük haqqı ödəyəcək

Bakı aeroportuna işləyən avtobusların intervalı azaldıldı

Bugünkü hərracda tələb 80 milyon dollara yaxın olub

Azərbaycanda xarici investisiyalı MMC-lərin dövlət qeydiyyatı elektron qaydada aparılacaq

COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsi təsdiqlənib

Nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir

Bu tarixdən bazarda UCUZLAŞMA OLACAQ - Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ!

Xaricdən aldığımız buğdanın qiyməti ucuzlaşıb – Rəqəmlərdə azalma

Şengen vizasının qiymətləri iyunun 11-dən 12% artacaq

Gələn ay Bakı Enerji Forumu keçiriləcək

“Bakı Kristal Zalı”na yeni direktor təyin edildi

Xaricdən 40 min ton artıq gübrə almışıq – Qiyməti kəskin ucuzlaşıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin