BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
26350

Vasif Məmmədovun naxçıvanlı fermerlərə qurduğu tələ

24 avqust 2020-ci il tarixində Vasif Talıbovun fərmanı ilə  Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

Amma gorünən budur ki, dəyişən yalnız bu cəmiyyətin adı olub. Nə üçün təkcə adı, indi gəlin tanış olaq. 

Naxçıvanda kənd təsərrüfatı ilə məşğul olan  bütün fermerlərin və sahibkarların incidilməsində əsas pay sahiblərindən biri məhz bu cəmiyyətin baş direktoru Vasif Məmmədovdur. Uzun müddət eyni vəzifəni daşıyan Vasif Məmmədov Naxçıvanda fermer təsərrüfatının dırnaqarası inkişafında xüsusi rol oynamışdır.  Belə ki, xarici ölkələrdən Naxçıvana gətirilən damazlıq cins inəklərin fermerlərə verilməsi prosesinə başlanılması ilə fermer təsərrüfatının məhvinin də əsası qoyulmuşdur. 

Prosesə ilk dəfə 2011-ci il yanvarın 24-də başlanılmışdır.  Naxçıvana Almaniya, Avstriya və İran İslam Respublikasından 280 baş damazlıq düyə gətirilmiş, ayrı-ayrı rayonlarda heyvandarlıqla məşğul olan sahibkarlara lizinq yolu ilə verilmişdir. Bununla da həmin sahibkarlar Aqrolizinqin kredit zəncirinin zibilinə keçirlər. Çünki bu inəklərin Naxçıvanda şəraitə uyğun olub-olmadığı öncədən yoxlanılmayıb. Nəticədə 2011-ci ildə Naxçıvan Aqrolizinq ASC-dən inək götürən bütün fermerlərin inəkləri sonradan tələf olur. Amma Naxçıvan Aqrolizinq ASC-nin Baş direktoru Vasif Məmmədov iki ayağını bir başmağa geyinir ki, inəklərin pulu ödənilməlidir. 

İnəkləri tələf olan fermerlərdən biri Culfa rayon Bənəniyar kənd sakini, fermer Pərvin Nuriyev deyir ki, Cəmiyyətdən 14 baş inək götürdük. "Bu inəkləri götürəndə bizə dedilər ki, inəklərin pulunun 50 faizi ölkə prezidenti cənab İlham Əliyevin fərmani ilə dövlət tərəfindən ödəniləcək (həmin fərmanla bu linkdən tanış ola bilərsiniz //e-qanun.az/framework/21646).
50 fazini isə siz özünüz ödəyəcəksiniz". 

Ancaq məsələ 50 faizin Prezidentin fərmanı ilə ödənilməsinə gəldikdə fermerlərə deyilib ki, prezidentin fərmanı burda keçmir: "O zaman mən Aqrolizinq Cəmiyyətinin rəhbərinə bildirdim ki, bəs cənab Prezidentin fermer təsərrüfatı ilə bağlı fərmanı var. Biz götürdüyümüz inəklərin pulunun 50 faizi dövlət tərəfindən ödənməlidir.  "Aqrolizinq"in sədri Vasif Məmmədov şəxsən mənə dedi ki, prezidentin fərmanı Naxçıvanda keçmir".

İnəklər fermerlərə paylanarkən hər biri dövlət tərəfindən sığortalanıb. Çünki məqsəd sahibkarlığın inkişaf etdirilməsi olub. Amma inəklərin Naxçıvanda şəraitə uyğunlaşa bilib bilməyəcəyi öyrənilməyib. Bunun nəticəsində inəklərin əksəriyyəti Naxçıvanın sərt iqliminin və şəraitsizliyin qurbanı olub. Pərvin Nuriyev deyir ki, biz inəkləri göturəndə bizə dedilər ki, hər birinizə yem tədarükü üçün xüsusi kart veriləcək ki, İran və Türkiyədən özünüz lazım olan məhsulları tədarük edəsiniz. "Amma deyilənlər hamısı fermerləri aldatmaq, başlarına oyun açmaq üçün imiş. Cins inəklərin qidalanması yerli inəklərdən fərqləndiyi üçün mövcud şəraitdə onları bəsləyə bilmədik. İnəklər lazım olan vitaminli qidaları qəbul etmədilər. Naxçıvanın havasına uyğunlaşa bilmədilər və tələf olmağa başladılar. Biz heyvanların tələf olduğunu Aqrolizinq Cəmiyyətinə bildirdikdə bəlli oldu ki, lizinq yolu ilə verilən inəklərin əksəriyyəti tələf olub. Buna görə bizi arxayın elədilər ki, narahat olmayın, inəklər sığortalıdır. Buna çox sevindik və  düşündük ki, inəklər dövlətimiz tərəfindən sığortalandığı üçün yəqin buna görə bizdən nəsə tələb etməzlər" 

Amma fermerlərin bu sevinci də uzun çəkməyib. Bir müddət sonra Aqrolizinq ASC-nin rəhbəri Vasif Məmmədov lizinq yolu ilə inək götürən fermerləri çağırıb və bildirib ki, təcili olaraq kreditlərini gecikmədən ödəsinlər. 

"Vasif Məmmədova dedik ki, Prezidentin fərmanını və sığorta pulunun dövlət tərəfindən ödənilməsini siz həyata keçirməlisiniz. Vasif Məmmədov isə mən bilmərəm gedin pulu ödəyin deyib, üstümüzə çımxırdı. Onun qərəzli münasibətinin davamı olaraq fermerlərə təzyiqə rəvac verildi. Culfa Rayon İcra Hakimiyyətinin işçiləri və polis nümayəndələri  bizi incitməyə, inəklərin pulunu zorla bizdən almaq üçün bizə  təzyiq etməyə başladılar". 

Dünyanın heç bir yerində görülməyib ki, fermer banklardan kredit götürüb, dövlətin ona vurduğu ziyanı ödəsin. Hətta buna görə, fermerlərə deyilsin ki, gedin evinizi satıb pulu ödəyin.
"Tələf olan inəklərin pulunu zorla bizə ödətdirməyə başladılar. Sığorta pulu da verilmədi. Banklardan kredit götürüb həmin borcu bağlayırdım. Bir dəfə Vasif Məmmədovun qəbuluna gedib, ondan pulu ödəyə bilmədiyimi, ödənişi etmək üçün bir az möhlət verilməsini istədim. Vasif Məmmədov isə mənə  “Evin varsa, evini sat, gətir pulu ödə” dedi. Məcburi qaydada hər ay mənə pulu ödətdirirlər".

Pərvin Nuriyev deyir ki, ölmüş inəklərə görə indiyədək Aqrolizinq ASC-yə 42 min 200 azn pul ödəyib. "Verilən inəklər üçün Prezidentin fərmanı tətbiq edilsəydi və 50 faiz güzəştdən yararlana bilsəydik, aydın olardı ki, Aqrolizinq ASC məndən 21min 100 manat artıq pul alıb. Əgər Naxçıvanda Azərbaycan qanunları işləsəydi, tələf olan inəklərin sığortasına görə mən də rahat yaşayardım. Bir fermer kimi banklardan kredit götürüb tələf olan inəklərin pulunu ödəməzdim". 

Fermer onu da deyib ki, Vasif Məmmədov bu yaxınlarda onu yenidən ASC-yə dəvət edib. "Bu yaxınlarda mən yenidən "Aqrolizinq"ə dəvət edildim. Vasif Məmmədov məni şəxsən qəbul etdi və mənə dedi ki, 3 min 800 manat borcun var. O pulu ödəməlisən. Mən ona dedim ki, bəs mənim yox, onların mənə borcu var, hələ 21min 100 manatı da alacağımı söylədim. Bunun necə olduğunu soruşanda Vasif Məmmədova söylədim ki, vaxtilə deyirdin ki, prezidentin fərmanı burda keçmir. Bax Prezidentin fərmanı da burda keçir, hətta səlahiyyətli nümayəndəsi də var. İndi zəhmət çək cənab Prezidentimizin bizə verdiyi 50 faiz güzəşti necə yemisənsə, eləcə də  geri qaytar". 

Qeyd edək ki, Naxçıvan Aqroservis ASC-nin rəhbəri Vasif Məmmədovun adı bir çox olaylarda çəkilir. Bura texnikalardan fermerlərin yox, vəzifəli şəxslərin pulsuz istifadəsi, gübrə alveri, xəstə heyvanların fermerlərə verilməsi, lizinq yolu ilə heyvan alanların incidilməsi və s. aiddir.

Digər fermerlərin şikayətlərini işıqlandırmağa və qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq. 

Elmar Hüseynov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin