BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8312
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1295
26341
Bu gün saat 10:00-dan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında olan mənzillərin ms.sosial.gov.az portalı üzərindən onlayn satışına başlanıb.
 
Bu barədə Valyuta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
 
Bildirilib ki, bu portal artıq bir müddət əvvəl vətəndaşların istifadəsinə verilib və qeyd olunan mənzillərdən almaq istəyən şəxslərə portala daxil olaraq mənzillərlə tanış olmaq və mənzil seçmək imkanı yaradılıb.
 
Həmçinin bir neçə gün əvvəl yayımlanmış videotəlimatda portaldan istifadə etməklə mənzilin onlayn qaydada alınması və satışı qaydası barədə ətraflı məlumat verilir.
 

 
Portalda almaq istədiyi mənzili seçən hər kəs onu portaldakı "Bron et” düyməsini sıxaraq bron etməklə ala bilər. (Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır).
 
Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdiyi halda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir.
 
Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanacaq.
 
Mənzillər tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır, onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar. Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər. Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib.
 
Mənzillərin portal üzərindən satışı 01.07.2023-cü il tarixinədək davam edəcək. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
 
Əlavə məlumat əldə etmək üçün 142-Çağrı Mərkəzinə müraciət etmək mümkündür.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan Mərkəzi Bankında təyinat olub

Azərbaycan Mərkəzi Bankında təyinat olub

Ölkədə heyvandarlığın inkişafı layihəsinə güzəştli kredit ayrıldı

Rəşad Nəbiyev: "Azərbaycanın nəqliyyat üzrə gəlirləri 21 % artıb"

Repetitorluq xidməti göstərən fiziki şəxs vergi uçotuna necə alınır?

Xocalı məhkəməsinə sədr təyin edilən Tural Ələkbərov kimdir?

Xocalı məhkəməsinə sədr təyin edilən Tural Ələkbərov kimdir?

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri elan olunub

Rusiyanın neft və qaz büdcəsinin gəlirləri 82,2% artıb

“Paşa Bank” Səlim Müslümovun oğlunu məhkəməyə verdi – Borca görə

CO2 qazının emalı üçün nəzərdə tutulmuş ən böyük zavod işə salınıb

Azərbaycanda yenə zəlzələ olacaq?

Aİ Rusiya maye qazına qarşı sanksiyalar hazırlayır - “Bloomberg” açıqladı

Bu qadınların maaşları artırıla, onlara əlavə məzuniyyət günü verilə bilər

"Azercell" bu gündən bəzi tarif paketlərini 33%-dək bahalaşdırıb

Latviyaya ixrac potensialı olan məhsullarımız hansılardır? - Direktor açıqladı

500 min manat mayası olan şirkət Qapalı Səhmdar Cəmiyyətə çevrilir

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlərin ikinci mərhələsi başlayır

Prezident yeni hakimlər təyin etdi (SƏRƏNCAM)

Prezident KOB-ların vahid reyestri haqqında Əsasnaməni təsdiq edib

Sabah yağışlı hava olacaq

Bu məhsullar bahalaşdı

Minimum əməkhaqqının nə qədər artma ehtimalı var? - Ekspert açıqladı

Qanunsuz estetik əməliyyatlar icra edən 9 klinikanın rəhbərliyi məsuliyyətə cəlb olundu

MEDİA onlayn və çap mediasına dəstək üçün müsabiqə elan etdi

Azərbaycanda maaşlar saathesabı verilə bilərmi? (ŞƏRH)

Azərbaycanda illik inflyasiya 1 %-dən aşağı enib

Azərbaycanda illik inflyasiya 1 %-dən aşağı enib

Qızıl və gümüş yenidən ucuzlaşıb

Qarabağ Universitetinin qəbul planı təsdiqlənib

Deputata məxsus olduğu iddia edilən şirkət məhkəmə qarşısında

Azərbaycanda istehsal olunan bir sıra qida məhsullarının ixracı artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin