BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8316
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1276
26241

İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən bu günlərdə Naxçıvan Muxtar Respublikasında Prezidentin daimi nümayəndəliyinin yaradılmasının şahidi olduq. Yeni metod vətəndaş-dövlət münasibətlərinin yaxşılaşması, idarəetmənin optimallaşması üçün düşünülmüş addımdır.

Bəs yeni yanaşmanın, yeni şəxslərin gəlməsi ilə rüşvət və korrupsiya zənciri qırılacaqmı? Bu, vətəndaşlarımızın həyatında müsbət dəyişikliyə səbəb olacaqmı?

REAL Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli Globalinfo.az-a bildirib ki, Azərbaycanda inzibati ərazi bölgüsünün yenidən təşkil olunması və idarəetmə sisteminin təkmilləşdirilməsinə təcili ehtiyac var:

"Azərbaycan kimi ərazicə kiçik bir ölkədə Bakı və onun 80-ə yaxın rayonu, eləcə də kiçik icra aparatları var. Bu cür səlahiyyət və məsuliyyət bölgüsünün aydın olmadığı bir idarəetmə sistemi artıq effektiv deyil. İcra başçıları ilə bağlı Prezident dəfələrlə çıxış edib və əhali arasında da oturuşmuş bir fikir var”.

N.Cəfərli hesab edir ki, yeni yanaşma ölkənin inkişafında yeni mərhələnin yaranmasına da səbəb ola bilər:

"Naxçıvanda baş verən hadisələr göstərdi ki, MR-in statusu ilə bağlı yeni qaydaların yaranması labüddür. Bütün bunlar konstitusiya islahatlarını da qaçılmaz edir. 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycanda 14 iqtisadi rayonun yaradılması haqda fərman imzaladı. Bura Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan iqtisadi rayonları da daxil idi. Artıq bunun üçün hüquqi bazanın yaradılmasına ehtiyac var. Bizim qanunlarda iqtisadi rayonun ciddi hüquqi əsası yoxdur. Yeni iqtisadi rayonlar konstitusiya islahatları vasitəsilə inzibati ərazi vahidinə çevriləcəksə, o zaman rayon icra başçıları anlayışı ləğv edilməlidir. Bundan sonra Prezidentin bu ərazi vahidləri üzrə xüsusi nümayəndələri təyin edilə bilər. Onlar Prezidentin səlahiyyətləndirdiyi şəxs kimi konstitusiyanın və qanunların həmin ərazidə yerinə yetirilməsinə nəzarət etməli və problemlərin həllində mühüm rol oynamalıdırlar”.

N.Cəfərli, eyni zamanda rayon və şəhərlərin idarəetməsinin bələdiyyə institutunun gücləndirilməsi ilə baş verməli olduğunu vurğulayıb:

"Yəni onlar özlərinə mer seçməlidirlər. Bakı, Naxçıvan, Xankəndi, Şuşa, Gəncə, Lənkəran, Quba-Qusar və s. rayonlarda seçilmiş merlərin səlahiyyəti və məsuliyyəti konstitusiya ilə müəyyən edilməlidir”.

Ekspert qeyd edib ki, nəticə etibarilə bu idarəetmə strukturu dəyişiklikləri ölkənin gələcək inkişafına ciddi bir töhfə verə, həmçinin Prezidentin səlahiyyətli nümayəndələrinin işinin yerli bələdiyyələrlə uzlaşdırılmasına səbəb ola bilər:

"Bu, mərkəzi hökumətin də yükünü azaldacaq, sosial infrastruktur və kommunal problemlərlə bağlı Bakıya müraciət etməkdənsə, yerli əhali seçdiyi merlərə müraciət edəcək. Bu da yeni bir idarəetmə mədəniyyətin yaranmasına səbəb ola bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Boş­da­yan­ma vax­tı əmə­yin ödə­nil­mə­si

Azərbaycanda kredit faizləri əmanət faizlərindən 3,2 dəfə çoxdur

Şərqi Azərbaycandan Kirmana milyardlar daşınır

Ucuzlaşacaq, yoxsa ucuzlaşmayacaq?

“Apple” şirkətini məcburiyyət qarşısında qoyan reklam çarxı - VİDEO

34 ölkədə qadağan olunan məhsul - Biz niyə ondan imtina etmirik?

Dünyanın ən qiymətli alkoqolsuz içki markaları - SİYAHI

Dünyanın ən qiymətli alkoqolsuz içki markaları - SİYAHI

Mbappe 200 milyon avroluq təklifdən imtina edib

Daşınmaz əmlakı nağdsız əldə et, ƏDV-nin 30 faizini geri al

Mal-qara ilə baş verən qəza hallarında məsuliyyəti kim daşıyır?

“Saudi Aramco”-nun kapitalı Səudiyyə Ərəbistanının ÜDM-ni ötüb

Çiyələk bol, qiymət ucuz - Qiyməti bahalaşa bilərmi?

G20-də kapitallaşması milli ÜDM-i keçən yeganə şirkət açıqlandı

Günlük villa kirayələrinə maraq artıb: Səbəb nədir?

Britaniya Ukraynaya rekord həcmdə hərbi yardım ayırıb

Xaricdə ödənişli təhsil alan müharibə veteranları üçün güzəşt edilə bilərmi? (VİDEO)

Türkiyə kriptovalyuta bazarının tənzimlənməsinə başlayır

Sirri hələ də açılmamış ən qəribə bank quldurluğu

“Lamborghini” mühərriklərin səsləri yazılmış aksesuar təqdim etdi - FOTO

Rusiyada ən çox satılan minik avtomobillərinin adları açıqlandı

“Yüksəliş” müsabiqəsinin “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirilib

Məşhur dərman şirkəti bu ili milyonlarla avro məbləğində zərərlə başlayıb

Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq

Mercedes Dubayda 1 milyard dollarlıq bina tikir

Alibaba GPT-4 analoqunu təqdim edib

3 şəhərin baş planı hazırlanır  - 1,6 milyon ayrıldı

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: "Afterşoklar ola bilər"

Azərbaycan ötən il Rusiyadan nə qədər araq alıb? - İlk "beşlik"dəyik

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin