Şərurlu İsfəndiyar nədən narahatdır?
Elmar Hüseynov
Bu gedişlə onun hələ daha çox narahat olacağı gözlənilir...
Tanış olun, bu adam Azərbaycanın məşhur iş adamı kimi tanınan Şərurlu İsfəndiyardır, yəni İsfəndiyar Axundov.
Haqqında müxtəlif zamanlarda müxtəlif məlumatlar yayılan Şərurlu İsfəndiyarın Flamingo restoranına necə sahib olması barədə yazdığımız xəbərdən necə narahat olubsa, mətbuatın gündəminə çevrilib. İndi də öz cahilliyi və savadsızlığı ilə hər gün bir açıqlama verib bizi səhv çıxarmağa çalışır ki, Vasif Talıbovun adamı olmayıb.
Amma necə olubsa, Bakıdakı Naxçıvanlı iş adamlarına zülm edən, milyonlarla pulunu alan Vasif Talıbov Şərurlu İsfəndiyara dəstək olub. Hətta 15 milyonluq Flamingo restoranını Şərurlu İsfəndiyarın 7 milyona almasına şərait yaradıb.
Bura qədər biz yazdıq, biz dedik, indi isə gəlin onun Post TV-yə verdiyi müsahibəsinə diqqət yetirək:
İsfəndiyar Axundov müsahibəsində davamlı olaraq Vasif Talıbovu tərifləyir. Onun Naxçıvanda əhaliyə qan uddurmasına haqq qazandırır.
Şərurlu İsfəndiyar 2019-cu ilə qədər ölkədə iş adamlarına tas qoyulduğunu və hər ay 100 min rüşvət verdiyini bildirir.
Bu sözlərinə görə, ölkədə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müəyyən addım atılmalı, deyilənlər fakt kimi götürülərək cinayət işi açılmalı, Şərurlu İsfəndiyarın rüşvət verməsi sübuta yetirilərsə, həqiqətən kimlərəsə rüşvət veribsə, həmin adamlar məşğuliyyətə cəlb olunmalıdır.
Müsahibəsində başdan-ayağa özünü tərifləyən, onun haqqında yazanları qara mətbuat adlandıran İsfəndiyar Axundovun yəqin Azərbaycan mətbuatından xəbəri yoxdur. Çünki bu bisavad adam Şərur MTK-nı sağa-sola tərifləyəsə də yəqin mətbuatda şirkəti haqqında gedən yazılardan xəbəri yoxdur.
Paylaşıram, sizin də, onun da xəbəri olsun:
1."Şərur İnşaat" MTK-nın fəaliyyəti dələduzluq və təhdid üzərində qurulub - ARAŞDIRMA (//sia.az/az/news/social/806596.html)
2. Şərurlu İsfəndiyar “Şərur” MTK-dan mənzil alan sakinləri niyə süründürür?
(//www.google.com/amp/s/pia.az/amp%3fid=270209)
3. Məşhur futbolçu "Şərur" MTK-nın kələyinin üstünü açdı (//news.milli.az/sport/336916.html#bounce)
4. Sakinlər “Şərur” MTK-dan narazıdır (MÜRACİƏT) (//aztoday.az/news/60161.html)
5. Şərurlu İsfəndiyar: “Kim ev istədi, ona ev verməyə mənim imkanımmı çatar?”
(//pravda.az/news/3784)
6. “Şərur MTK”nın sakinləri özbaşınalıqdan təngə gəliblər – “İsfəndiyar Axundov ölkə rəhbərliyinin qərarlarının icrasına kölgə salır”
(//hokm.az/serur-mtknin-sakinleri-ozbasinaliqdan.../)
7. “Şərurlu İsfəndiyar”dan daha bir şikayət: VƏTƏNDAŞ 14 İLDİR HALALCA MƏNZİLİNİ ALA BİLMİR
(//konkret.az/serurlu-isfendiyar-dan-daha-bir.../)
8. “ŞƏRUR” MTK-DAN NÖVBƏTİ FIRILDAQÇILIQ - VİDEO
(//millitv.az/39524-sherur-mtk-dan-novbeti...)
9. Məşhur tikinti şirkəti ətrafında yeni qalmaqal: Tərəflər "döyüşə" hazır vəziyyətdədir
(//www.ayna.az/meshur-tikinti-sirketi-etrafinda-yeni...)
10. Prezidenti aldadan İsfəndiyar Axundovdan Mehriban Əliyevaya şikayət //asiya.az/16426-prezidenti-aldadan-sfendiyar...
Hələ bunlar üzdə olanlardır. Gör indi bu MTK haqqında yazılan nə qədər məqalələr silinib.
Qeyd. Şərurlu İsfəndiyarın Talıbovların əli ilə "Flamingo" restoranına necə sahib olması haqqında ilk xəbəri mən yazmışam, jurnalist Məhəmmədəli Qəribli tərəfindən restoranın administratoru tərəfindən verilən müsahibədə deyilənlər təsdiq olundu. Şərurlu İsfəndiyar həm də müsahibəsində Vasif Talıbovu ən çox tənqid edən jurnalist Fərəməz Novruzoğlu haqqında da danışır. Yəqin ki, onların da tezliklə cavabı olacaq!
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay