09.01.2023 / 11:12
Azərbaycanda iki polis dəm qazından boğularaq ölüb
26123
Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq vəfat edib.
DİN-in mətbuat xidmətindən Valyuta.az-a bildirilib ki, araşdırmalarla yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etmələri məlum olub.
"Həmkarlarımızın vəfatından dərin təəssüf hissi keçirir, hər iki mərhumun ailəsinə başsağlığı veririk, səbr diləyirik", - məlumatda qeyd edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay