05.01.2023 / 10:40
AZTV sədri bu telekanala direktor təyin etdi (FOTO)
26064
Tanınmış aparıcı Rövşən Binnətli "İdman TV"də direktor vəzifəsinə təyin olunub.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov əmr imzalayıb.
Qeyd edək ki, bu təyinata qədər R.Binnətli adıçəkilən televiziyanın direktor müavini idi və direktor vəzifəsini icra edirdi.
Rövşən Binnətli əvvəllər "Lider" Televiziyasında şərhçilər qrupunun rəhbəri və "CBC Sport" kanalında Xəbərlər Departamentinin şef redaktoru vəzifəsində çalışıb. O, 2020-ci ildə "İdman TV"nin direktor müavini vəzifəsinə təyinat almışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay