BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
26056

Son vaxtlar apteklərdə bir çox dərman pereparatlarını tapmaq çətinləşib. Bu problem parlamentdə də müzakirə predmeti olub. Həm deputatlar, həm də sıravi vətəndaşlar deyirlər ki, apteklərdə xüsusilə sakitləşdirici dərman vasitələri tapılmır. Tapılanda da çox baha.

Valyuta.az APA TV-yə istinadən xəbər verir ki, əczaçılar da dərmanların limitlə gəlməsindən şikayətlənirlər.

İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, hazırda dərmanların qiymətinin yüksək olmasının ən başlıca səbəbi, idxalda rəqabətin olmamasıdır.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovun fikrincə, problemin qarşısını almağın yeganə yolu dərman istehsalı ilə məşğul olan təşkilatların Azərbaycana dönüşünü təmin etməkdir.

Rəşad Mahmudov onu da əlavə etd ki, qiymətlərin tənzimlənməsi üçün dünya təcrübəsindən istifadə edilməlidir.

Məsələ ilə bağlı Tarif Şurasına da üz tutduq. Qurumdan bildirildi ki, qiymətlərin artmasına son zamanlar baş verən qlobal geosiyasi hadisələr, enerji daşıyıcılarının bahalaşması, xammalın və qablaşdırma materiallarının qiymətinin və logistika xərclərinin kəskin artması, həmçinin dərman təchizatında fasilələrin yaranması səbəb olur.

Onu da əlavə etdilər ki, bu proses təkcə öılkəmizlə bağlı deyil. Məsələn, hazırda Almaniyada ən az 300 adda dərman vasitəsi tapılmır. Bahalaşmanın qarşısını almaq üçün Gürcüstan bəzi dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi mexanizminə keçid edir. Türkiyədə isə 40%-ə qədər dərman vasitələrinin qiymətində artım olub.

Hazırda dərman bazarında haqsız rəqabət mühitini yaradıldığını deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, mövcud duruma nəzarət gücləndirilməlidir.

Ekspertlər deyir ki, “kartel” sövdələşmələri və rəqabət mühitinin olmaması vəziyyəti daha da çətinləşdirir. Dərman qıtlığını isə əksər hallarda istehsalçı şirkətlərin distribüterləri bilərəkdən yaradırlar. Mövcud vəziyyət yalnız və yalnız yerli dərman istehsalının inkişaf etdirildikdə düzələ bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin