Ekologiya
04.12.2022 / 11:24
Bu rayonlara qar yağdı (FOTOLAR)
25566
Dekabrın 3-ü axşam saatlarından başlayaraq Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına qar yağıb.
APA-nın yerli bürosunun məlumatına görə, Daşkəsən rayonunun Xoşbulaq, Qaraqullar, Təzəkənd, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi ucqar dağ kəndlərində qarın hündürlüyü 15-25 santimetrə çatıb.
Daşkəsəndə yağan qarın yollarda nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün "31 saylı Yol İstismarı” MMC tərəfindən mütəmadi təmizləmə işləri aparılır, qum-duz qarışığı səpilir.
Hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti davam edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay