BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
25423

Kürdəxanı qəsəbəsində keçmiş məcburi köçkünlərin yaşadığı şəhərcikdə istilik problemi var. Noyabrın 15-dən başlayan istilik mövsümü onların yaşadığı ünvandan yan keçib.

Valyuta.az xəbər verir ki, “ATV Xəbər” məsələ ilə bağlı maraqlı süjet hazırlayıb.

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810 ünvanındakı əksər mənzillərdə masa üzərində zoğal mürəbbəsi və dərman pereparatları görmək mümkündür. Səbəb isə çox sadə! Qışda İstilik olmayan evə xəstəlik gələr. 

Sakin: “Evin içində kurtkadı, yorğandı, döşəkdi, odeyaldı hamısın yığmışıq bura, bürünürük, gecə yata bilmirik soyuqdan. Səhər deyirik ay Allah səhər nə vaxt açılacaq. Çöl vallah evdən istidir”.

Keçmiş məcburi köçkünlər üçün inşa edilən şəhərcikdə 4 ildir yaşayış var. Sakinlər deyir ki, müəyyən müddət istiliyi ödənişsiz istifadə ediblər. Sonra məlum olub ki, borcları yaranıb. Müəyyən məbləğ ödəməklə problemi həll ediblər. Bu il isə istilik üzünə tamamilə həsrət qalıblar. Səbəb kimi isə ərazidə yerləşən 4 məktəb və bir bağçanın külli miqdarda borcu göstərilir.

Sakin: “35 min manat bizim borcumuz nədədir? O da deyir borcunuz məktəbdi keçirməyib, bağçadı keçirmir, biz gedib bağçanın məktəbin pulun keçirməyəcəyik ki, bizim də cəmi 110-120 nəfərdi, adama 8-9 manat borcumuz var”.

Məsələni araşdırmaq üçün məktəb və bağçaya üz tutan “ATV Xəbər” əməkdaşlarına içəri daxil olmağa icazə verilməyib.

Daha sonra şagirdlər də məktəbin soyuq olmasından şikakətlənib: “Soyuq olur, xəstələnirik, məktəbə gəlmirik və problem olur, dərslərdə gecikmələr olur”.

Bəzi sakinlər məcbur qalıb elektrik piltərindən istifadə edirlər ki, o da qısaqapanma yaradır. Bununla yanaşı binanın yeni istifadə verilməsinə baxmayaraq artıq təmiri də demək olar ki, yararsızdır.

Azəristiliktəchizat-dan da bildirilib ki, bu yaşayış kompleksi onların balansında olmadığından qurum binaların istiliklə təhcizatına məsuliyyət daşımır: “Həmin bina və qazanxana qaçqın və məcburi köçkünlər üzrə dövlət komitəsinin sifarişi əsasənda tikilib və həmin qazanxana bizim balansımızda deyil, adını çəkdiyim həmin qurumun balansındadır”.

Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsindən “ATV Xəbər”ə bildirilib ki, yaşayış kompleksində qurulan qazanxanaların istismara hazırlıq aktı Azəristiliktəchizat və digər qurumların nümayəndələri tərəfindən imzalanıb. Dövlət Komitəsinin müraciətlərinə baxmayaraq, qazanxanalar müvafiq qaydada balansa götürülməyib. Aidiyyəti quruma qəsəbədə sayğacların quraşdırılması üçün edilən müraciətlər də nəticəsiz qalıb. Buna baxmayaraq məsələ Qaçqınkomun diqqətindədi. Həlli istiqamətində lazımi addımlar atılır.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin