BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
25213

Göyçayda “Narçılıqda həyata keçirilən işlər və qarşıda duran vəzifələr” mövzusunda regional müşavirə keçirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumların məsul şəxsləri, nar məhsullarının emalı və ixracatı ilə məşğul olan şirkətlərin təmsilçiləri və müxtəlif rayonlarda narçılıqla məşğul olan 200-ə yaxın fermer iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rafail Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahə iqtisadiyyatın prioritet sahələrindən biri elan edilib. Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, aqrar sahədə davamlı inkişafa nail olmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin qarşısında məhsuldarlığını artırmaq, ixrac potensialını gücləndirmək, məşğulluğu daha da genişləndirmək vəzifələri dayanır. Aparat rəhbəri nar və nar məhsullarının ixrac potensialının yüksək olduğunu, dövlətin bu sahənin inkişafı üçün davamlı dəstək tədbirləri gördüyünü, subsidiyalar ayırdığını deyib. Bildirib ki,  hazırda narçılığın inkişafı ilə əlaqədar qarşıda duran əsas vəzifələr məhsulun keyfiyyətini və orta məhsuldarlıq göstəricilərini artırmaqdır. Həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə nar əkin sahələri genişlənməsinə, məhsul istehsalının artmasına səbəb olub.

Nazirliyin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzov dövlətin narçılığın inkişafı istiqamətində dəstək mexanizmləri barədə danışıb. Fermerlərin rifah halının yaxşılaşdırılması məqsədilə görülən işlər müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Belə ki, intensiv üsulla salınmış nar bağlarına (bağın salındığı ilk 4 il ərzində hər il hektara 730, sonrakı illərdə isə 250 manat) əkin subsidiyasının ödənilməsi və əlavə olaraq birdəfəlik əkin subsidiyasının ödənilməsi barədə Aqrar Subsidiya Şurasının qərarı barədə tədbir iştirakçıları məlumatlandırılıb.

Müşavirədə çıxış edən Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının direktoru Fərhad Qaraşov, nar məhsullarının emalı və ixracatı ilə məşğul olan şirkətlərin nümayəndələri və fermerlər narçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüb, “İn vitro” üsulu ilə meyvə tinglərinin istehsalı, Azərbaycanın nar məhsullarının yeni bazarlara ixracının təşkili və əsas ixrac tələbləri barədə ətraflı müzakirələr aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin