Özəl müəssisələrdə maaşlar niyə artırılmır? (VİDEO)
Ölkədə fəaliyyət göstərən özəl şirkət və müəssisələrdə maaş artımı hələ də müzakirə mövzusu olaraq qalır. Hər il Azərbaycanda minimum əmək haqqı, sosial müavinətlər və təqaüdlər inflyasiyaya uyğun olaraq artırılır. Dövlət müəssisələrində maaş artımı ilə bağlı müəyyən işlər görülsə də, bu özəl sektorlardan yan keçir. Bu şirkətin gəlirindən asılı olduğu üçün maaş artımına gedilmir.
Valyuta.az xəbər verir ki, bu barədə "Xəbər ertəsi" verilişinə danışan Millət vəkili Vahid Əhmədov, hazırda ölkədə rəsmi inflyasiyanın 13%, gələn il isə 6.9% olacağını bildirib. Lakin qeyri-rəsmi inflyasiya da olduğu üçün əmək haqqı buna uyğun tənzimlənməlidir:
"2022-ci il üçün orta aylıq əmək haqqı 800 AZN-dir. Gələn il üçün isə biz 898 AZN nəzrədə tuturuq, təxminən 900 AZN-ə yaxın. Ona görə də hər bir sahibkar işçilərinin sosial rifahını nəzərə alaraq, orta aylıq əmək haqqını gətirib bu səviyyəyə çatdırmalıdır".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay