BAKU Azərbaycan
10.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
24952

“Aqrar Sahədə Qadınların İqtisadi Güclərinin Artırılması - WEP” layihəsi çərçivəsində panel görüş keçirilib. Tədbirdə müxtəlif dövlət qurumları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəhbər şəxsləri və nümayəndələri, eləcə də qadın fermerlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, aqrar sektorda məhsuldarlığın yüksəldilməsi, qadınların aqrar sektorda məşğulluq səviyyəsinin artırılması layihənin əsas məqsədlərindəndir: “WEP-in dayanıqlılığını və davamlılığını təmin etmək üçün növbəti mərhələdə də dövlət qurumlarının sıx əməkdaşlığı ilə qadınların aqrar sahədəki fəaliyyəti kompleks yanaşma ilə dəstəklənəcək. Kənd Təsərrüfatı Nazirliyi olaraq həm beynəlxalq, həm də yerli qurumlarla birgə əməkdaşlıqla qadınların aqrar sahədə iqtisadi gücünün artırılmasında maraqlıyıq. Bu, bizim gələcək fəaliyyət istiqamətlərimizdən birini təşkil edir”.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi rəhbərinin müavini Bariz Mehdiyev “WEP” layihəsinin icrası ilə əlaqədar müxtəlif dövlət qurumları ilə əməkdaşlıq nəticəsində bu layihənin uğurla  icra olunduğunu qeyd edib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə öz növbəsində bildirib ki, layihə qadınların ictimai həyatda rolunun artırılması, gender bərəbərliyinin qorunması, qadın fermerlərin, sahibkarların və qadın liderlərin dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sistemlərinin yaradılmasında iştirakının yüksəldilməsi baxımından mühüm rol oynayır. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova aqrar sektorda qadınların fəallığının artırılmasının kənd təsərrüfatı sahəsinin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

Qadın sahibkarların daha çox fəaliyyət göstərdiyi sahələrdən birinin aqrar sektor olduğunu deyən

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, günü-gündən ölkəmizdə qadın sahibkarlığının çəkisi artmaqdadır. KOBİA rəhbəri qadın sahibkarlığının müxtəlif sahələrdə, o cümlədən aqrar sektorda inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli regionlarda məşğulluğun təmin olunmasında kənd təsərrüfatı sahəsinin mühüm rol oynadığını qeyd edərək qadınların fərqli peşələrə yiyələnməsinin və əmək bazarına uyğunlaşmasının vacibliyinə diqqət çəkib.

Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov öz növbəsində aqrar sektorda qadınların iştirak səviyyəsinin artırılması, regionlarda qadın sahibkarlığının genişləndirilməsi işinə dəstək göstərməyə hazır olduqlarını vurğulayıb. Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini, WEP layihəsi üzrə milli koordinator Leyla Cabbarlı “WEP” layihəsi çərçivəsində görülən işlərə toxunub, layihənin dayanıqlılığının və davamlılığının təmin edilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə təqdimatla çıxış edib.

Görüş panel müzakirələrlə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin