BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
24945

Elan saytlarında Bakıda mənzil almaq və ya kirayə götürməklə bağlı axtarış apararkən qeyri-adi elanlara rast gəlinir. Belə ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təqdim etdiyi güzəştli mənzillərə yiyələnən vətəndaşlar bir müddət sonra bu evləri ya satışa çıxarır, ya da onları kirayəyə verirlər.

Bu işdə vətəndaşlara hüquqi baxımından irad bildirmək mümkün olmasa da mənzillərin ehtiyaclı şəxsləri ala bilməməsi bir çoxlarını narahat edir. Çünki MİDA-dan mənzil əldə etmiş şəxslərin onları satması və kirayəyə çıxarması belə bir fikir yaradır ki, bu evlər mülkiyyətçinin ikinci və ya üçüncü mənzili ola bilər.

Mövcud problemlə bağlı Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlıya müraciət etdik. Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu məsələdə layihənin icraçısı olan təşkilatların günahı var:

"Fikrimcə, bu layihə sosial layihə deyil, kommersiya layihəsidir. Düzdür, dövlət tərəfindən ayrılan vəsaitlərlə həyata keçirilir. Amma nəzərə almaq lazımdır ki, satış qaydalarının özündə belə müxtəlif fərqlər var. İpoteka və Kredit Zəmanət Fondunun müəyyən etdiyi istiqamətlər üzrə kreditli satış variantı var. Eyni zamanda həmin mənzillərin dəyərinin yarısını və ya tam həcmini ödəmək yolu ilə satışlar formaları mövcuddur. Hesab edirəm ki, bu layihələr qismən ucuz mənzil layihəsi kimi təqdim olunmalıdır.

Qanunvericilikdə bu evlərin istifadəsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Misal üçün MİDA mənzillərini almış vətəndaşın bunu yenidən satması və ya kirayəyə verməməsi ilə bağlı məhdudiyyət mövcud deyil. Dəyəri tam ödənilmiş mənzil istənilən vaxt satışa çıxarıla bilər.

Bu məsələnin mənəvi tərəfinə baxsaq, həmin kateqoriyaya aid insanın evsiz qaldığı halda digərinin ikinci evini bu layihə vasitəsilə alması bizi narahat edə bilər. Yaxşı olardı ki, kiminsə ikinci evini alıb onu kirayə verməsindənsə, heç bir evi olmayan və bu layihədən ev almaq istəyənlər istəyinə çatardı. Əfsuslar olsun ki, Azərbaycan reallığında bu kimi hallara rast gəlinir. 

GÜZƏŞTLƏ MƏNZİL ƏLDƏ ETMƏK HÜQUQUNA MALİK OLAN ŞƏXSLƏR VƏ TƏLƏB OLUNAN SƏNƏDLƏR:

Sosial layihə ilə mənzil almaq istəyənlərlə bağlı belə hallar da olur ki, həmin kateqoriyaya şamil edilsə də, mənzil almaq üçün ödəniş imkanları mənzil almaq üçün adekvat deyil. Misal üçün bir müəllim 10-20 il stajı olsa da, həmin kateqoriyaya düşsə də, aldığı əmək haqqı və ailə üzvlərinin sayı ona mənzil almağa imkan vermir. İpoteka və Kredit Zəmanət Fondunu bir tərəfdən başa düşmək olur ki, bəzən müraciət edən şəxsin həmin mənzili əldə etmək üçün lazım olan aylıq ödənişləri ödəməsinə imkanı çatmır".

Ekspert hesab edir ki, dövlət tərəfindən yeni bir layihələrə başlamaqla vətəndaşların digər qisminin də güzəştli mənzil almaq imkanı əldə etməsini təmin etmək olar: "Lakin heç bir gəlir mənbəyini təqdim edə bilməyən vətəndaşa bunu tətbiq etmək olmaz.

Azərbaycanı Avropa ilə müqayisə etsək, ipoteka kreditlərində faizlər yüksək görünür. Avropanın bank və ipoteka təcrübəsi ilə Azərbaycan arasında müqayisə aparsaq, ənənələrin tam formalaşmadığını görərik. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycanda ipoteka dövlət proqramı nəticəsində həyata keçirilir. Amma Avropada ipoteka proqramı sırf kommersiya layihəsidir. Burada ayrı-ayrı özəl banklar cəmiyyətə ipoteka məhsulu təqdim edir və faizlər bunun əsasında formalaşır.

Lakin bunu da demək lazımdır ki, MDB ölkələri arasında ən uyğun ipoteka şərtləri Azərbaycandadır. Ölkəmizin ipoteka şərtləri daha münasibdir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin