BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
24824

Bakıda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında Mərdəkan-Buzovna şossesində qeydə alınıb. Belə ki, Xəzər rayon sakini Ruslan Mirzəyev idarə etdiyi avtomobillə yaşlı qadını vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Bakı şəhər dövlət yol polis idarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, həmin ərazidə baş vermiş piyada vurulması  ilk hadisə deyil. Çünki bəzi piyadalar keçiddən keçməməklə sürücüləri çətin vəziyyətdə qoyurlar.

Paytaxtın Mərdəkan-Buzovna yolunda tez-tez piyadaların vurulması ilə nəticələnən ağır yol nəqliyyat hadisələri baş verir. 

Bu kadrlar həmin ərazidə ''Təhlükəsiz Şəhər'' kameralarına ayrı-ayrı vaxtlarda düşən bir neçə piyada vurulması ilə nəticələnən qəzalardır. 

Qeyd edək ki, həmin yolda bir neçə ərazidə piyadalar üçün yerüstü keçid var. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, bəzi piyadalar keçiddən keçməməklə sürücüləri çətin vəziyyətdə qoyurlar. 

Araz Əsgərli deyir ki, həmin yolda günün istənilən saatında baş vermiş bütün piyada vurulması halları kamerlarla qeydə alınır. O, ''Xəzər Xəbər''ə  piyadaların vurulduğu qəza anlarını da təqdim edib. Baş inspektor onu da əlavə etdi ki, bu ilin 9 ayı ərzində paytaxda 337 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 143 nəfər ölüb, 264 nəfər isə yaralanıb.

Bu ilin yanvarın 1-dən oktyabrın 1-dək paytaxt ərazisində ümumi qəzalardan 3-ü motosikletlə baş verib, 1 nəfər vafat edib, 4 nəfər xəsarət alıb. Moped vasitəsi ilə 10 hadisə qeydə alınıb, 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Velosipedlərlə  4 hadisə olub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yük avtomobillərinin iştirakı ilə 11 hadisə qeydə alınıb, 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb. İctimai nəqliyyatda 8 hadisə baş verib, 1 nəfər ölüb, 9 nəfər isə yaralanıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin