BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8312
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1295
24785

Azərbaycanda vaxtaşırı gündəmə gətirilən mövzulardan biri də uşaq pulunu verilməsiylə bağlıdır. Pandemiyadan əvvəl bu barədə həm ictimaiyyətdə, həm də Milli Məclis səviyyəsində dəfələrlə müzakirələr aparılsa da, yekun nəticə əldə olunmayıb. Son iki il ərzində isə demək olar ki, məsələ ilə bağlı müzakirələr tam səngiyib.

Maraqlıdır, uşaq pulu yenidən Milli Məclisin gündəliyinə salına bilər?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev uşaq pulunun bərpasının gündəlikdə olmadığını vurğulayıb:

"Yaxın vaxtlarda da gündəlikdə olası mövzu deyil. Mən o barədə heç düşünmürəm”.

Bəs görəsən, inflyasiyanın yüksək həddə olduğu bir vaxtda ailələrin rifahını yaxşılaşdırmaq üçün nə etmək lazımdır? Həmçinin uşaq pulunu bərpası üçün hansı tədbirlər görülməlidir?

İqtisadçı-ekspert Emin Qəribli ilk olaraq uşaq pulu ilə bağlı ciddi araşdırmalara ehtiyac olduğunu vurğulayıb:
 
"Düşünmürəm ki, kimsə uşaq pulunun verilməsinə etiraz etsin. Sadəcə burada başqa bir məsələ var. Fikrimcə, maliyyə resurslarının haradan əldə olunmasıyla bağlı mənbələr göstərilməlidir. Bizim büdcəmizin ümumdaxili məhsulun payı kifayət qədər çoxdur. Ona görə də başqa müvafiq resurslar axtarılmalı, tapıldıqdan sonra isə uşaq pulunun verilməsinin səmərəliliyi təmin olunmalıdır. Bütün bunlar üçün isə tədqiqatların aparılmasına ehtiyac var. Həmçinin beynəlxalq təcrübəyə də diqqət yetirilməlidir”. 

Ekspert bu gün əhalinin müəyyən qədər yardıma ehtiyacı olduğunu düşünür: 

"Yardımın ayrı-ayrı modelləri var ki, bunu Azərbaycana uyğunlaşdıraraq tətbiq etsək, daha yaxşı olar. Məsələn, başqa ölkələrdə təcrübə var ki, valideyn təhsil haqqı ödəyirsə, ailəyə müəyyən yardımlar göstərilir. Yəni kriteriyalar müəyyənləşməli, sonra qərar qəbul olunmalıdır. 

Hazırda bizdə sosial təzminatlar kifayət qədər çoxdur, çünki bu gün yüz minlərlə məcburi köçkünümüz var, onlara yardım göstərilir. Gələcəkdə onlar doğma torpaqlarına qayıtdıqda, təbii ki, büdcədə müvafiq resurslar yaranacaq və onları lazımi istiqamətlərə yönəltmək mümkün olacaq. Çünki büdcə tərtib olunanda bütün amillər nəzərə alınır. Ona görə də hesab edirəm ki, uşaq pulunun verilməsi məsələsi hökumətdən asılıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabah yağışlı hava olacaq

Bu məhsullar bahalaşdı

Minimum əməkhaqqının nə qədər artma ehtimalı var? - Ekspert açıqladı

Qanunsuz estetik əməliyyatlar icra edən 9 klinikanın rəhbərliyi məsuliyyətə cəlb olundu

MEDİA onlayn və çap mediasına dəstək üçün müsabiqə elan etdi

Azərbaycanda maaşlar saathesabı verilə bilərmi? (ŞƏRH)

Azərbaycanda illik inflyasiya 1 %-dən aşağı enib

Azərbaycanda illik inflyasiya 1 %-dən aşağı enib

Qızıl və gümüş yenidən ucuzlaşıb

Qarabağ Universitetinin qəbul planı təsdiqlənib

Deputata məxsus olduğu iddia edilən şirkət məhkəmə qarşısında

Azərbaycanda istehsal olunan bir sıra qida məhsullarının ixracı artıb

İş müsahibəsindən sonra namizədlərə cavabın gec verilmə səbəbləri

General-mayor Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin edildi

Sabah Şuşaya növbəti köç olacaq

Azərişıq ASC istehlakçıların hüquqlarını pozub? - Qurum məhkəməyə verildi

Azərişıq ASC istehlakçıların hüquqlarını pozub? - Qurum məhkəməyə verildi

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

Sosial müavinət alanların sayı açıqlanıb

İlk iş günümüzdə necə davranmalıyıq?

Qubadlının iki kəndində tikinti işlərinə başlanıldı (FOTOLAR)

332 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq şöbə müdiri zərərin ödənilməsinə görə vaxt istəyib

Xaqani bağı genişləndirilir - Video

Zəlzələ xəbərdarlığı: bu ilin ən riskli zonaları - Seysmoloqlar

Külli miqdarda siqaretlər aşkar edilib

Azərbaycanın şəffaflığa dair iqlim hesabatı COP29-dək təqdim olunacaq

Türkiyədən 40 milyon dollarlıq mebel, kağız və meşə məhsulları almışıq – Nə qədər azalıb?

"Bank VTB Azərbaycan"ın Mərkəzi Banka borcu 1 milyon manatdan çox artıb

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

İş səyahətinə gedənlərə tövsiyələr

İş səyahətinə gedənlərə tövsiyələr

Anar Bayramov: “İdarəetməni dəyişmək, “Z” nəslinə uyğunlaşdırmaq lazımdır”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin