BAKU Azərbaycan
21.01°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
24611

Bakıda dana və quzu əti bahalaşıb. Bəzi kəsim və satış məntəqələrində sümüklü dana ətinin bir kiloqramının qiyməti 12 manatdan 13-14 manata, sümüksüz dana ətinin qiyməti isə 13 manatdan 14-15 manata qalxıb.

Çəkisi 12 kiloqrama qədər olan quzuların ətinin bir kiloqramı 16 manata, daha çox çəkililərinki isə 15 manata satılır. Bu isə əvvəlki qiymətlərə nisbətdə 1,50 qəpik çoxdur.

İqtisadçı-ekspert Akif Nəsirli Bizim.media-ya açıqlamasında qiymət artımının əsas səbəbini yemin bahalaşması ilə əlaqələndirib:

“Azərbaycanda ümumi tələbatın 60 faizindən çoxu yerli istehsal hesabına ödənilir. “Ətin qiymətinin artması ümumi bahalşmadır. Ölkədə hər şey bahalaşırsa, ət sabit qala bilməz. Amma ətin bahalaşmasının başqa səbəbləri də var. Bunlardan biri ətin maya dəyərinin bahalaşmasıdır.
Bu il otun birinci biçini həşəratların hücumuna məruz qaldı. Ilk biçində 60-70 fazi itki müşahidə olundu. Bilirsiz ki, otun birinci biçini digər 3-4 biçindən daha məhsuldar olur. Məslən 1 hektar ərazidə birinci biçində 200 baş ot götürmək olursa, ikinci biçində 120-130 və beləliklə biçinlərin növbəliliyi ilə məhsuldarlıq aşağı düşür.

Ən məhsuldar dövrdə əkinin 60-70 faizi zay olub. Haradasa iyul ayında otun bir bağının qiyməti 4 manat 20 qəpiyə qədər bahalaşdı. Sonrakı biçinlərdə isə qiymət bir qədər aşağı düşdü. Ot bu il baha olub. Baxmayaraq ki, bu il kənd təsərrüfatı üçün səmərəli ildir”.

Ekspert qüvvəli yemlərin də qiymətində bahalaşma olduğunu bildirib:

“Qüvvəli yemin tərkibi arpa, qarğıdalı və buğdadır. Onların da qiyməti qalxıb. Arpanı ötən il 30-35 qəpiyə alırdıqsa, bu il 50 qəpikdir. Yem buğdası 40-45 qəpik idisə, indi artıq 50-55 qəpiyə qalxıb. Bəslənən heyvanların yemlərin qiyməti qalxdığına görə ət bahalaşıb.

Qarşıdakı aylarda ətin yenə də bahalaşacağı gözlənilir. Ətin bahalaşmasını tətikləyən tendensiyalar qarşıdakı aylarda aradan qalxmayacaq. Çünki biz yaza yox, qışa doğru gedirik. Dekabrın sonu və yanvar ayının əvvəlində ət yenidən bahalaşacaq”.

Qeyd edək ki, Azərbaycanda ərzaq məhsullarının, o cümlədən ətin qiyməti Dövlət tərəfindən tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif əsasında formalaşır.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

I və IV qrupların cavabları nə vaxt elan olunacaq?

Müəllimlərin sertifikasiyasının keçiriləcəyi imtahan mərkəzlərinin SİYAHISI

Möminə xatun türbəsi restavrasiya olunacaq

Sosial media ulduzları milyonlar qazanır – 2025-ci ilin ən gəlirli yaradıcıları açıqlandı

“WhatsApp”da yeni funksiya işə düşür – Status bölməsinə reklamlar gəlir

8,4 milyon istifadəçinin şəxsi məlumatları haker tərəfindən ələ keçirildi

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? (AÇIQLAMA)

Bakı və Abşeronda 4 gün su kəsiləcək - Qəza olub

Azərbaycan bu ölkəyə soğanın kiloqramını 8 manata satıb

Azərbaycan bu ölkəyə soğanın kiloqramını 8 manata satıb

Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək

Nazir Gəncəyə rəis təyin etdi

Bakıda minlərlə insan şəxsi maşından İMTİNA EDİB

Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA

​Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? - QİYMƏTLƏR

Tərzi ilə modanı dəyişən evsiz Slavikin dəb hekayəsi

İran Birjası fəaliyyətini dayandırıb

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? - AÇIQLAMA

Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub, səfirlik və konsulluq fəaliyyətini davam etdirir

Milyarderlər arasında SORĞU - Bu əşyadan imtina edə bilmirlər

Bütün milyonerlərə xas 6 xüsusiyyət

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Bu üzümün hər bir dənəsi 44 manatdan satılır

İranın yeni iqtisadiyyat naziri seçildi

Neft qiymətləri təchizatla bağlı narahatlıqlar fonunda artmaqda davam edir

"Gucci" çətin vəziyyətdədir - Rəhbər dəyişikliyi edəcək

Azərbaycan Gürcüstana birbaşa investisiyaları artırıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin