BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
24493

Payızlıq əkinlərin başlaması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə bölgələrdə informasiya kampaniyasına start verilib. “100 kənddə 100 təlim” adı altında keçirilən kampaniya Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən həyata keçirilir. İnteraktiv formatda keçirilən tədbirlərin təşkilində məqsəd fermerlərin bilik və bacarıqlarının artırılmasına nail olmaq, onları payızlıq əkinlər ərəfəsində aqrotexniki tədbirlərin düzgün təşkili barədə məlumatlandırmaqdır. Layihə çərçivəsində 35 min fermerin təlimlərə cəlb olunması nəzərdə tutulur.

Bu məqsədlə 18 rayon üzrə seçilmiş 100 kənddə Aqrar Təlim Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən təlimlərə start verilib.

İlk təlimlər Salyan rayonunun Kürsəngi, Xələc, Qarabağlı, Şorsulu kəndlərində və Neftçala rayonunun Aşağı Qaramanlı kəndində keçirilib.  Təlimlərə cəlb olunan fermerlərə bol və keyfiyyətli məhsul əldə etmək üçün zəruri olan aqrotexniki tədbirlər, taxıl əkininin texnoloji xəritəsi, aqrotexniki tədbirlərin ardıcıllığı, səpin və gübrə norması, aqtokimyəvi analizin fermerlərə verdiyi üstünlüklər, sertifikatlı toxumdan istifadənin məhsuldarlığı müsbət təsiri, növbəli əkin sistemi, taxıl sahələrində xəstəliklərə, zərərvericilərə və gəmiricilərə qarşı mübarizənin təşkili və digər aktual mövzularda məlumatlar verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib. 

Fermerlərin yüksək keyfiyyətli sertifikatlaşdırılmış toxum və gübrələrə əlçatanlığını təmin etmək üçün təlim keçirilən kəndlərdə səyyar toxum və gübrə satışı da təşkil olunur.

Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə keçirilən təlimdə iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov fermerləri təlimlərdə aktiv iştiraka çağırıb. Nazir bildirib ki, fermerlərin aqrar sahənin müxtəlif istiqamətləri üzrə təlimlərə cəlb etmək nazirliyin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə Nazirlik tərəfindən illik təlim planı təsdiqlənib, plan əsasında nazirliyin müxtəlif qurumlarının əməkdaşları, o cümlədən Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən müxtəlif mövzularda sahəvi təlimlər təşkil olunur. Payızlıq əkinlər ərəfəsində keçirilən təlimlər fermerlərə əldə etdikləri nəzəri bilikləri təcrübədə uğurla tətbiq etməyə, nəticədə mövsümü yüksək məhsuldarlıqla və daha çox gəlirlə başa vurmağa imkan verəcək. 

Tədbirdə təlim ehtiyaclarının müəyyən olunması ilə sorğu keçirilib, fermerlərin təklifləri qeydə alınıb.

“100 kənddə 100 təlim” layihəsi şətçivəsində növbəti tədbirlər gələn həftə Ağcabədi və Tərtər rayonlarında təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin