BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.0859
  • TRY
    0.044
  • GBP
    2.2683
24203

Son 1 ildə əksər ölkələr kimi Azərbaycan da ciddi inflyasiya problemi ilə üz-üzə qalıb.

Qiymətlərin sürətlə artdığını rəsmi statistika da təsdiqləyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,9 %, qeyri-ərzaq məhsulları üzrə 107,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110 % təşkil edib. Başqa sözlə, bu ilin 8 ayında Azərbaycanda əhaliyə əmtəə və xidmətlər 1 il əvvəllə müqayisədə 13 %, o cümlədən ərzaq 19 % baha satılıb. Bu isə o deməkdir ki, sahibkarlar bu il əlavə dəyər vergisinin (ƏDV) ödənilməməsi üçün nəzərdə tutulmuş 200 min manatlıq illik limiti ötən illə müqayisədə tez keçib. Bəs bu halda həmin limitin artırılmasına ehtiyac yaranırmı?

"Report" bu məsələni "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri, iqtisadçı ekspert Vüqar Orucla müzakirə edib.

"7 ildir ki, limit dəyişmir"

Onun sözlərinə görə, Azərbaycanda sonuncu dəfə ƏDV limiti 7 il bundan əvvəl yenilənib. Halbuki, bu müddət ərzində əmtəə və xidmət qiymətlərində dəfələrlə artım olub: "2015-ci ildə ƏDV üçün tətbiq olunan limit 160 min manatdan 200 min manata yüksəldilib və ondan sonra bu rəqəm olduğu kimi saxlanılıb, odur ki, bununla bağlı qərara yenidən baxılması məqsədəuyğundur. Bu müddətdə kifayət qədər inflyasiya baş verib, bütün növ məhsul və xidmətlərin qiymətləri dəfələrlə artıma məruz qalıb. Belə ki, 2016-cı ildə 12,4 %, 2017-ci ildə 12,9 %, 2018-ci ildə 2,3 %, 2019-cu ildə 2,6 %, 2020-ci ildə 2,8 %, 2021-ci ildə isə 6,7 % inflyasiya olub. Hesab edirəm ki, kiçik və orta biznes subyektlərinin (KOB) fəaliyyətini artırmaq, onları izafi xərclərdən azad etmək, vergidənyayınmanın qarşısını almaq, habelə sağlam rəqabət mühitinin formalaşmasına dəstək vermək məqsədilə ƏDV limiti artırılmalıdır".

"Bu, istehlakçılara da zərbə vurur"

"Mövcud qanunvericiliyə görə, Azərbaycanda illik dövriyyəsi 200 min manat həddini keçən kiçik və orta sahibkarlıq subyektləri ƏDV ödəyicisinə çevrilirlər. Belə olduğu təqdirdə mənfəət və sadələşdirilmiş vergi ödəyiciləri ilə müqayisədə ƏDV ödəyiciləri təqribən 2,5-3 dəfə artıq məbləğdə vergi xərci çəkirlər. Bəzən isə sahibkarlıq subyektləri daha artıq vergi ödəməkdən yayınmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Nəticə etibarilə həm dövlət büdcəsi zərərə uğrayır, həm də sahibkarlar artıq xərcə düşür. Eləcə də bu ödənişləri bir çox hallarda kommersiya subyektləri qiymətləri qaldırmaq hesabına kompensasiya etməyə çalışırlar. Bu da öz növbəsində istehlakçılara zərbə vurur", - deyə ekspert əlavə edib.

"ƏDV limiti azı 300 min manata qaldırılmalıdır"

Onun fikrincə, ƏDV limiti azı 300 min manata qaldırılmalıdır: "Son 7 ildə baş verən proseslər biznes subyektlərinin mənfəətinin azalmasına, vergidənyayınma meyllərinin artımına gətirib çıxarıb. Qeyd olunanları rəhbər tutaraq, ƏDV limitinin ilkin olaraq azı 300 min manata qaldırılmasını təklif edirəm. ƏDV-dən yenidən mənfəət ödəyicisinə qayıtmaq həddi 100 min manatdan 200 min manata, müddəti isə 1 ildən 6 aya endirilməlidir. Bu qərar Prezident İlham Əliyevin həyata keçirdiyi kompleks və institusional islahatlar kursuna müvafiq olmaqla yanaşı, kiçik və orta biznes subyektlərinin qarşısında geniş imkanlar açacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Faşizm üzərində qələbədən 80 il ötür

Ətir bazarında fərqli qiymətlər -Orijinal və saxtanı necə ayıraq?

Saleh Məmmədovdan həbs edilən məmurun yerinə YENİ TƏYİNAT

"Bitcoin" 101 min dollar oldu - Kriptovalyutaların qiyməti artır

Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər (VİDEO)

Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər (VİDEO)

Çin avtomobili almaq və almamaq üçün səbəblər

Tarixdə ilk dəfə...- Yeni Papa kimdir?

“Azərdövlətsənayelayihə” 150 min manata 1 avtomobil alır

Yeni Papa seçildi: İlk dəfə amerikalı... (YENİLƏNİB)

"Google"un yeni "Simplify" funksiyası mətnləri sadələşdirəcək

Endirimlərin pərdəarxası - Real fürsət, yoxsa satış taktikası?

Endirimlərin pərdəarxası - Real fürsət, yoxsa satış taktikası?

“Vetspan” şirkətinin 313 min manat vergi borcu var

5 marşrutun hərəkət sxemi dəyişdirilir

Kraliça Elizabetin həyatdaykən bir malikanə qiymətinə üzərində daşıdığı broşlar

Azərbaycanda çinli turistlərin ən çox üstünlük verdiyi bölgələr

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Qobustana giriş bahalaşır – Kimlər nə qədər ödəniş edəcək?

Azərbaycanda qızıl və qiymətli daşlara dair texniki tələblər sərtləşdirildi

Bakının bu ərazisində evlər söküləcək - XƏBƏRDARLIQ

Bakının bu ərazisində evlər söküləcək - XƏBƏRDARLIQ

Azərbaycanda bu televiziyanın adı dəyişdirildi

Balakəndə kanat yolu tikilir- 5 milyon manat ayrıldı

Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi - SİYAHI

Şuşa ilə bağlı 17 milyonluq layihə

Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib

Dünyanın “ən çirkli” pulu hansıdır?

Mərkəzi Bank elektron pul təşkilatına icrası məcburi göstəriş verib

Azərbaycanda bu şəxslərə pulsuz evlər veriləcək - 120 milyonluq layihə

Məhkəmə “Azərsu”nun şadlıq sarayına yazdığı əsassız borcu sildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin