BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
24201

Bu gün xarici ölkələrdə olan daşınmaz əmlaklara investisiya yatırmaq ən populyar biznes sahələrindən hesab olunur. Bu biznes sadəcə pul qazandırmır, həmçinin əmlakını aldığın ölkədə müəyyən üstünlüklər də verir. Hazırda dünyada ən çox daşınmaz əmlaklarına maraq göstərilən ölkə Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ).

BƏƏ nəinki yaşayış icazəsi məqsədilə köçməyi, həm də başqa ölkəyə öz işini aparmağı planlaşdıran alıcılar arasında xüsusilə məşhurdur.

Dubayda daşınmaz əmlak alanlar bir sıra üstünlüklərə malikdirlər. Birincisi, onlar 10 ilə qədər 0 %-lə kredit götürə bilərlər. İkincisi, daşınmaz əmlakın qısamüddətli icarəsi üzrə gəlir 12 % (şəxsi investisiya tövsiyəsi deyil) təşkil edir ki, bu da xeyli yüksəkdir. Üçüncüsü, əmlak olan şəxslər viza ala, bank hesabları və ya şirkət aça bilərlər ki, bu da onlara Dubayda faizsiz kredit götürmək və ya lizinq müqaviləsi bağlamaq imkanı verəcək. Nəhayət, əldə edilən obyekt daha sonra yenidən satıla və sürətlə böyüyən bazarda 100 %-dən çox qazanc əldə edə bilər. Bundan əlavə, daşınmaz əmlakın alınması həmin şəxsə və onun ailə üzvlərinə vətəndaşlıq hüququ əldə etmək şansı verir.

Hazırda bir çox ölkələrdə BƏƏ-nin alqı-satqı şirkətləri sərgilər keçirir. Sərgiyə gələn müştərilər öz ölkələrindən çıxmayaraq elə yerindəcə istədikləri mənzili ala bilirlər.

Bəs Azərbaycandan Dubayda daşınmaz əmlak almaq istəyənlər bunun üçün hara və necə müraciət edirlər? Ölkədən çıxmayaraq xaricdə ev almaq nə qədər realdır?

Əmlak eksperti Elnur Fərzəliyev mövzu ilə bağlı “Report”a verdiyi açıqlamada bu vəziyyətin Azərbaycan vətəndaşları üçün necə tənzimləndiyini izah edib:

“Əmlak alqı-satqısı zamanı ya alan şəxs, ya da onun etibarnamə verdiyi şəxs notarial kontorunda iştirak etməlidir. Çox insan var ki, hazırda Azərbaycanda yaşamasa da, etibarnamə verdiyi və burada yaşayan şəxs onun adından alqı-satqı müqavilələri bağlayır. Nəinki Azərbaycanda, dünyanın hər bir nöqtəsində qanun buna icazə verir.

Hazırda xaricdə alqı-satqı işləri ilə məşğul olan şirkətlər var ki, ölkədən çıxmadan onlar vasitəsilə işlərini görə bilərsən. Bakıda bir çox xarici ölkəyə məxsus şirkətin nümayəndəliyi var ki, onlar vasitəsilə xaricdə daşınmaz əmlak almaq mümkündür. İndi daha çox Türkiyədə və BƏƏ-də əmlak almaq olur. Lakin insanlarımız dələduzluğun qurbanı olmaqdan qorxduğu üçün çox zaman sənədləşmə kimi işləri şirkətə həvale etsələr də, alış məsələsində özləri də iştirak etmək istəyirlər. Buna görə də vətəndaşlarımız aldığı mənzilin harada yerləşdiyini, necə olduğunu gözü ilə görmək üçün çox zaman alış prosesində şəxsən iştirak edirlər. Məhz bu səbəbdən şirkətlər təkcə mənzil üçün lazım olan sənədləri deyil, həmçinin müştərinin gediş-gəliş biletlərini, gedəcəyi yerdə qalmaq şəraitini də hazırlayırlar”.

Ekspert xaricdən gələnlərin Azərbaycanda mənzil almaq istəklərinin hansı səviyyədə olmasına da toxunub:

“Azərbaycanda digər ölkələrlə müqayisədə investorların yerli daşınmaz əmlaklarına cəlbi çox aşağı səviyyədədir. Qabaqcıl ölkələrdə xarici investorların cəlbi ilə dövlət orqanları deyil, adi alqı-satqı şirkətləri məşğul olur. Bizdə isə bu şirkətlərin səviyyəsi arzulanan şəkildə deyil. Adi mülki hüquqdan xəbərsiz, əmlak haqqında məlumat verməyi bacarmayan şirkətlərin sayı çoxdur. Həmçinin dil bilgiləri də zəifdir. Azərbaycana əmlak almağa Şərq ölkələrindən olanların çoxluğunu nəzərə alsaq, onlarla ünsiyyət qurmaq səviyyəsi də çox şirkətlərdə yoxdur”.

E.Fərzəliyev Bakıda müəyyən dövrlərdə keçirilmiş daşınmaz əmlak sərgiləri haqqında fikirlərini də bölüşüb:

“Sərgilərdə iştirak edən şirkətlərə nəzər salsanız, onların tikinti deyil, sırf alqı-satqı şirkətləri olduğunu görərsiniz. Təbii ki, onların təqdimatında mənzil almaq rahat olsa da, ucuz deyil. Yerində gedib seçərək mənzil almaq isə həm seçim bolluğu, həm də qiymət münasibliyinə görə daha əlverişlidir”.

Niyə xaricdə daşınmaz əmlak almaq bu qədər cəlbedicidir? Ekspert bu suala da aydınlıq gətirib:

“Xaricdə daşınmaz əmlak almağın üstünlüyü bir çox hallarda həmin ölkənin vətəndaşlığını və ya yaşamaq hüququnu əldə etmək hesab olunur. Yaxın ölkələrdən Türkiyə və Rusiya ilə bağlı Azərbaycan vətəndaşlarının belə bir problemi yoxdur. Çünki hər iki ölkəyə vizasız getmək, müəyyən qədər yaşamaq imkanımız var. Buna baxmayaraq Avropada əmlak almaq daha cəlbedicidir. Lakin orada da daşınmaz əmlak qiymətləri ucuz deyil. Bundan başqa, hər bir dövlətin təyin etdiyi limit var. Alınan daşınmaz əmlak həmin limiti keçdiyi halda vətəndaşlıq və ya yaşama hüququ qazanırsan. Məsələn, Fransada bu məbləğ 400 min avrodur. Bundan ucuz ev aldığın təqdirdə sən vətəndaşlıq deyil, sadəcə həmin evdə müəyyən qədər yaşamaq hüququ qazanırsan.

Türkiyədə bu limit əvvəl 250 min ABŞ dolları idi. Rusiya-Ukrayna müharibəsindən sonra xaricdə yaşayan rusların öz bisneslərini Türkiyəyə keçirmək cəhdinə görə bu ölkəyə axın çoxaldı. Buna görə də Türkiyə hökuməti həmin limiti 500 min ABŞ dollara qaldırdı”.

E.Fərzəliyev bildirib ki, Azərbaycandakı limit sadalanan ölkələr arasında ən aşağıdır. Hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda əmlak bazarına 100 min manat yatırmaqla müvəqqəti yaşamaq hüququ əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin