BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1375
  • TRY
    0.0436
  • GBP
    2.3093
23869

Yüksək tələbi nəzərə alaraq, Samsung Azərbaycan yeni Samsung Galaxy Z Fold4 və Galaxy Z Flip4 qatlanan smartfonlarını alanlar üçün "hədiyyə dəstinin” uzadılmasını elan edir. Şirkətdən verilən məlumata görə, avqustun 10-da bütün dünyaya təqdim olunan cihazlara istifadəçilərin marağı gözləntiləri üstələyib və bu səbəbdən sentyabrın 9-dək Azərbaycanda Samsung distribyutor mağazalarının hər hansı birindən yeni cihaz alan hər kəs hədiyyə olaraq Galaxy Watch4 və Samsung Care+ Eksklyüziv Displey Zəmanətini əldə edəcək.

Öncədən sifariş vermək üçün "Samsung Azərbaycan” şirkətinin rəsmi internet saytına daxil olub, sonra rəsmi distribyutorlardan birinin seçib, sifarişi tamamlamaq olar. Eyni zamanda, Galaxy Z Flip4 Azərbaycanda dörd rəngdə (bənövşəyi, çəhrayı qızılı, mavi və qrafit) satışa çıxarılacaq, onun qiyməti 2499 AZN, Galaxy Z Fold4 isə üç variasiyada (bej, tünd göy və qara) təklif olunur, onun qiyməti isə 4199 AZN təşkil tedir.

Galaxy Z Fold4: indi ayaq üstə işləmək daha rahatdır

Yeni modellərin istifadəçilərə verdiyi bütün əsas üstünlüklərə əlavə olaraq, xüsusi diqqətə layiq olan bəzi digər xüsusiyyətlər də var. Məsələn, yeni Galaxy Z Fold4 ilə ayaq üstə daha çox şey edə bilərsiniz. Yeni tapşırıqlar paneli noutbuklarda və ya fərdi kompüterlərdə tapılan tərtibata bənzəyir və açılmış proqramlara daha sürətli və asan girişi təmin edir. Tam ekranlı proqramlar pop-uplara çevrilə və ya daha çox tapşırıq üçün yarıya bölünə bilər. Drag-and-drop funksiyası istifadəçilərə keçidləri, fotoşəkilləri, mətnləri və digər materialları tez bir zamanda bir proqramdan digərinə kopyalayıb yapışdırmağa imkan verir.

Samsung-un Google və Microsoft ilə əməkdaşlığı multifunksionallığı növbəti səviyyəyə qaldırdı. Google Meet ilə istifadəçilər artıq YouTube videolarına baxmaq və ya video zəng zamanı mobil oyunlar oynamaq kimi sevdikləri işləri görərkən daha çox insanla əlaqə saxlaya bilərlər. Microsoft Office və Outlook-un tam dəsti ekranda daha çox məlumat və daha sürətli məzmun qarşılıqlı əlaqəsi təmin etməklə çevik displeydən istifadə edir. Multitasking S Pen funksiyası ilə tamamlanır ki, bu da yolda olarkən rəsm çəkməyə və qeydlər aparmağa imkan verir.

Galaxy Z Flip4: özünüzü ifadə etməyin mükəmməl yolu

Galaxy Z Flip4-ə gəlincə, sələfi kimi, o, özünü ifadə etmək üçün əla vasitədir. İndi daha da inkişaf etmiş vasitə. Z Flip4-ü qismən qatlayaraq və FlexCam-i aktivləşdirərək, səssiz video və ya müxtəlif bucaqlardan qrup selfiləri çəkin. Bu xüsusiyyətlər hətta sevimli proqramlarınızda da mövcuddur. Samsung-un Meta ilə əməkdaşlığı sayəsində FlexCam Instagram, WhatsApp və Facebook daxil olmaqla ən populyar sosial platformalar üçün optimallaşdırılıb. Z Flip4 ilə siz yenilənmiş Quick Shot funksiyası ilə əsas kameradan istifadə edərək birbaşa xarici ekrandan yüksək keyfiyyətli selfi çəkə bilərsiniz.

Quick Shot rejimində yüksək keyfiyyətli video çəkməyə başlayın, sonra videonu dayandırmadan yazmağa davam etmək üçün problemsiz olaraq Flex rejiminə keçin – məhz müasir məzmun yaradıcılarına lazım olan budur. Quick Shot həmçinin istifadəçilərə Portret rejimində selfi çəkməyə və nəticəni canlı aspekt nisbətində önizləmədə görməyə imkan verəcək.

Yeni Samsung cihazlarının əvvəlcədən sifarişinə hədiyyələr daxildir: ağıllı saat Galaxy Watch4 və Samsung Care+ zəmanəti

"Samsung Care+” bir ilə qədər ekranın mexaniki zədələnməsinə qarşı qorunma proqramı seçimi ilə standart zəmanətdən kənar əlavə cihaz qorunmasıdır. Dəstək və xidmət "Samsung”-un səlahiyyətli xidmət mərkəzləri şəbəkəsi və "Samsung”-un vahid dəstək xidməti tərəfindən təmin edilir. Bu zəmanət sayəsində siz hissələr üçün deyil, yalnız xidmətin özü üçün ödəyirsiniz.

Yeni "Samsung” cihazları haqqında daha ətraflı məlumatı "Samsung Azərbaycan” şirkətinin rəsmi internet saytından – www.samsung.com/az-da əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb

ABŞ-də oxumaq istəyənlərin nəzərinə! - Qaydalar sərtləşir

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Dünyanın ən bahalı 10 ətri - 2 milyondan başlayır

Bu şəxslər eyni anda həm pensiya, həm sosial müavinət, həm də Prezidentin fərdi təqaüdünü ala bilərlər

Müştəri gözləntiləri nədir və necə qarşılanır? - SƏHƏR OXUSU

İki ölkə Rusiya neftinin "qiymət tavanını" endirmək istəyir, amma problem var

Metrologiya İnstitutunun tenderləri baş tutmadı

“Komfort Construction” şirkətinin 86 min manat vergi borcu üzə çıxdı

Yaponiya dünyanın ən böyük xarici aktiv sahibi olmaqdan çıxdı - 34 il sonra

Süni intellekt modellərini aldatmaq hələ də çox asandır - ARAŞDIRMA

"ƏDV geri al" kuryerə "stop" dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?

"ƏDV geri al" kuryerə "stop" dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?

​​Elmi-Tədqiqat Pediatriya İnstitutundan “Arash Medical”a 179 min manatlıq sifariş

"Xalq Həyat" hər 100 manata 83 manat ödədi – Digər şirkətlər nə qədər ödəyib?

“Bu qərarla lisey və gimnaziyalara olan marağı məhv etdik” – Təhsil eksperti

Bill Qeyts yay mövsümü üçün 5 kitab tövsiyə etdi

Kibertəhlükə yaxınınızda - Bu parolları telefonda istifadə etməyin

Məhkəmə Hüseyn Həsənov barədə qərar verdi

İlin sonuna qədər manatı nə gözləyir? (ŞƏRH)

İlin sonuna qədər manatı nə gözləyir? (ŞƏRH)

Yer kürəsinin nüvəsindəki qızıl və qiymətli metallar lavalara sızır

"OBA" marketlər şəbəkəsi ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Lisey və gimnaziyalara qəbul qaydaları niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA

Ölkəmizdə ən çox hansı rayonlar ziyarət edilir? - AÇIQLAMA

Əcnəbi şirkətin 175 min manat vergi borcu var

Naxçıvan xəstəxanasına yeni direktor təyin edildi

Sertifikasiya ilə bağlı dəyişiklik olacaq - Nazirlik rəsmisi AÇIQLADI

Sertifikasiya ilə bağlı dəyişiklik olacaq - Nazirlik rəsmisi AÇIQLADI

16 şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Xaricdən maşın alanda aldanmamaq üçün bunlara diqqət edin

Fəaliyyəti dayandırılmış ABU-nun vergi borcu üzə çıxdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin