BAKU Azərbaycan
24.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
23766

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpası prosesində iştirak etməyə və hər cür köməklik göstərməyə hazırdır.

Bu barədə “Report”a TİKA-nın Xarici İşlər İdarəsindən məlumat verilib.

“Hazırda Azərbaycan Qarabağın bərpasına böyük diqqət yetirir. Bu prosesdə iştirak etmək istəyirik. İstənilən sahədə Azərbaycan hökuməti bizim yardımımızı istəsə, biz hər zaman kömək etməyə hazırıq”, - TİKA-dan bildirilib.

Vurğulanıb ki, Türkiyə ilə Azərbaycan arasında bütün səviyyələrdə - istər iki ölkə prezidentləri arasında ən yüksək səviyyədə, istərsə də iki xalq arasında gözəl qardaşlıq münasibətləri mövcuddur: “Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra biz qardaş Azərbaycanla daha intensiv işləyirik. 30 ildir ki, biz müxtəlif sahələrdə fəal əməkdaşlıq edirik. Azərbaycanda fəaliyyət göstərən AIDA təşkilatı (Beynəlxalq İnkişafa Yardım Agentliyi) ilə daim əlaqə saxlayırıq”.

Bildirilib ki, Azərbaycan çox zəngin ölkədir və TİKA-nın təklif edə biləcəyi ən mühüm məsələ təcrübə mübadiləsidir: “Təcrübə çox vacibdir, onu pulla almaq olmaz. Kənd təsərrüfatından tutmuş, sənayeyə qədər biz öz təcrübəmizi Azərbaycanla bölüşə bilərik”.

Qeyd edək ki, TİKA-nın Ankaradakı baş ofisində yerləşən sərgi salonunda təşkilatın müxtəlif ölkələrdə həyata keçirdiyi irimiqyaslı mədəni irsin bərpası layihələrinin maketləri yer alır. Onların arasında Mərdəkan qalasının və Tuba Şahi məscidinin maketi də var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda yeni park salınacaq

Bu nazirə iki yeni müavin təyin edilib

Bu nazirə iki yeni müavin təyin edilib

Vakansiyalarda olan “stressə davamlı” ifadəsi nəyə işarə edir?

Dövlət Neft Fondu “Meta"nın 179 mln. dollarlıq səhmlərini alıb - İlk dəfə TOP-5-də

Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcək

Bu rayona yeni icra başçısı təyin edildi - Sərəncam

Neft Fondunun səhm portfelinin dəyəri 12,5 mlrd. dollara çatıb

Xaricdən quş ətini neçəyə alırıq?

“Küçələrdə qalmışam “Yeni Ailə” MMC tikinti şirkəti kupçanı da, 9 aydır kirayə pulumu da vermir...” - ŞİKAYƏT

Üç ayda xaricdən 100 milyon dollarlıq meyvə-tərəvəz almışıq

14 illik deputat 9 milyonluq borcunu niyə ödəmir? (FOTO)

Yapon valyutası son 34 ilin ən aşağı səviyyəsinə düşdü

Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaq

Mərkəzi Bank ABB-yə məxsus investisiya şirkətini cərimələyib

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - VİDEO

Gürcüstandan ölkəmizə gətirilən avtomobillərin sayının kəskin azalması nə ilə bağlıdır?

İrandan daxil olan həyəcan siqnalı: Bu, Azərbaycan üzərindən tranzit yük daşımalarına necə təsir edəcək?

İrandan daxil olan həyəcan siqnalı: Bu, Azərbaycan üzərindən tranzit yük daşımalarına necə təsir edəcək?

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

“Tərəqqi” medalı ilə təltif edilən xeyriyyə fondunun prezidenti  – Müsahibə

“Tərəqqi” medalı ilə təltif edilən xeyriyyə fondunun prezidenti  – Müsahibə

Evlərin bahalaşması ipoteka krediti ilə mənzil almaq istəyənlərə çətinlik yaradır - SORĞU + VİDEO

Bitcoin və Etherium ucuzlaşır - Kriptovalyutaların qiymətləri

Birjalarda son durum necədir?

Birjalarda son durum necədir?

Rubl ucuzlaşsa da, avro və lirə bahalaşdı -Məzənnə

Avtomobilin qəza işıq siqnallarından yersiz istifadə edən sürücülərin DİQQƏTİNƏ: Cərimələnə bilərsiniz - VİDEO

“McLaren”in nadir avtomobillərindən biri satışa çıxarılıb - FOTO

“Apple” telefonlarda süni intellekt tətbiq etmək niyyətindədir

Qızıl bu tarixə kimi kəskin bahalaşacaq

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin