Xəbər
30.07.2022 / 12:57
Bakıda nazir müavini qəzaya düşdü (FOTO/VİDEO)
23320
Dünən Nəsimi rayonu ərazisində - "Yeganə” şadlıq sarayının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Valyuta.az Bakupost.az-a istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən 90FH005 nömrə nişanlı "BMW” markalı avtomobil "Hundai Santafe” markalı avtomobilə çırpılıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəza baş verdikdən dərhal sonra "BMW”dəki sərnişin başqa avtomobilə əyləşərək ərazini tərk edib.
Qəzanı törədən sürücü avtomobilin nazir müavininə məxsus olduğunu, yüksək çinli məmura xidmət etdiyini, buna görə də bütün hallarda günahkar sayılmayacağını deyib.Daha sonra o, yol polisi ilə danışıb. "Santafe”nin sahibi əraziyə yol polislərini dəvət etsə də, gələn olmayıb.
Bir qədər sonra yol polisi əvəzinə Post Patrul Xidmətinin əməkdaşları təşrif buyurublar.
Onlar avtomobilləri kənara çəkərək, yolu təmizləməyi göstəriş veriblər.
Zərərçəkən sürücü etiraz etdikdə ona bildirilib ki, ərazidə kamera var və sabah (bu gün - red.) günahın kimdə olduğu kameralara baxılıb müəyyənləşdiriləcək.
Məlum olub ki, 90FH005 nömrə nişanlı "BMW” Fövqəladə Hallar nazirinin birinci müavini, genaral-leytenant Rəfail Mirzəyevin xidməti avtomobilidir.
Avtomobili etibarnamə ilə Cəlilov Azad Eynulla oğlu idarə edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay