BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
23301

Saytlarda elan yerləşdirərək vətəndaşları aldadan şəxslər saxlanılıb.

Bu barədə Valyuta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Neftçala rayon sakinləri, 26 yaşlı Orxan İskəndərov və 37 yaşlı Elmar Fərəcov saxlanılıblar. İlkin dindirmə zamanı saxlanılan şəxslər vətəndaşlara qarşı dələduzluq etdiklərini etiraf ediblər.

Saxlanılan şəxslərin ətrafında aparılan tədbirlərlə məlum olub ki, onlar avtomobil elanları saytlarında “Vaz” markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək həmin avtomobillərin dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdiriblər.

Daha sonra isə onlara zəng edən alıcılarla satış qiyməti barədə razılığa gəldikdən sonra alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edib, zərərçəkmişlərə özlərinə məxsus bank hesab nömrəsi tədqim ediblər. Alıcılar tərəfindən beh göndərildikdən sonra isə qabaqcadan əlbir olan tanışlar zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsmiş və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəmişlər.

Faktlarla bağlı hər iki şəxs barəsində Ucar RPŞ-də cinayət işi açılıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları Orxan İskəndərovun və Elmar Fərəcovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Ucar RPŞ-nə və ya şəhər telefonlarından 02021-3-00-53 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verildi

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

Mərkəzi Bank iki investisiya şirkətinə icrası məcburi göstəriş verdi

Maliyyə Nazirliyinə yeni təyinat olub

Ən ucuz kredit verən 5 iqtisadi rayonumuz - CƏDVƏL

Bu balığın kiloqramını Çilidən 7, Türkiyədən 16 manata alırıq

Özünüzə maaş verin: Pul yığmağın sadə üsulları - Maliyyə məsləhətçisi açıqladı

Avropanın ən bahalı 10 futbol klubu

İlon Mask "Grok" ilə "Telegram"ı gücləndirir: 300 milyon dollarlıq razılaşma

Sabahın hava proqnozu - 33 dərəcə isti

Laçına təyyarə ilə səyahət neçəyə başa gələcək?

Laçına təyyarə ilə səyahət neçəyə başa gələcək?

Hansı evlərin tikintisi üçün icazə tələb olunmur? - CAVAB

"Azərkosmos"un aprel ayında xidmət satdığı 5 ölkə - CƏDVƏL

"TikTok"da saxta proqram videoları: Süni intellektlə yayılır, məlumatları oğurlayır

"Xaçmaz Aqropark" ləğv olunur

Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Əzbərlənmiş cavablarla iş müsahibəsinə getmək qəbul şansını artırır? - EKSPERT

“Bank of Baku”nun İdarə Heyətinə təyinat olub

Bakıda kafe və restoranlarının gəlirləri 400 milyon manata çatdı

Məşhur istirahət mərkəzi fantastik qiymətə satışa çıxarıldı

Bu şəxslər işləmədən 6 ay maaş alacaqlar

Bu şəxslərin maaşı 1300 manatı ötdü - RƏSMİ

Kartında cəmi 36 manatı var idi, onu da oğurladılar

ARDNF “Lunate” şirkəti vasitəsilə “ADNOC” qaz boru kəmərləri infrastrukturuna investisiya yatırıb

"Tarqovı"dakı kofeşop satışa çıxarılıb - QİYMƏT

“Azər-Türk Bank”ın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər

“Azər-Türk Bank”ın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır

Liseylərə imtahanlarla bağlı qadağa aradan qaldırıldı

ABŞ Çinli tələbələrin vizalarını ləğv edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin