BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
23079

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin imzaladığı sərəncamla Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib. Həmçinin, komitəyə yeni sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ona həvalə olunub.

Qeyd edək ki, Gömrük Komitəsinin fəaliyyəti heç də birmənalı qarşılanmır. Mətbuat və cəmiyyətdə onun fəaliyyəti barədə daha çox neqativ məqamlar yer alıb. Qurumun daha çox korrupsiya mənbəyi olduğunu söyləyənlər də var. Bu müstəvidə Gömrük Komitəsinin ləğv edilməsi, onun başqa qurumlara  birləşdirilməsi təklifləri də səslənir. 

Bu günlərdə komitənin bir neçə yüksək çinli məmuru həbs edilib. Ardınca sədr Səfər Mehdiyev vəzifəsindən azad olunub. Əvəzində isə qurumda ikinci birinci müavin postu yaradılıb və Şahin Bağırov həmin vəzifəyə gətirilib. O, həmçinin birinci müavin olaraq həm də sədrin səlahiyyətlərini icra edəcək. 

Gömrük komitəsinə sədrin əvəzinə birinci müavin gətirilməsi nəyə hesablanmış addımdır? 

Məsələni Qaynarinfo-ya şərh edən iqtisadçı ekspert Natiq Cəfərli fikrincə, sözügedən qərarla Gömrük Komitəsinin ayrıca qurum kimi qalmasının, yaxud da hansısa nazirliyə birləşdirilməsinin daha doğru olub-olmadığı müzakirə edilir:

"Ona görə də Gömrük Komitəsində edilən bu kadr dəyişikliyini keçid dövrü üçün müvəqqəti qərar kimi dəyərləndirmək olar. Bir çox ölkələrdə sözügedən komitə müstəqil qurum olaraq fəaliyyət göstərmir. Maliyyə, İqtisadiyyat və ya Vergilər Nazirliyinin nəzdində fəaliyyət göstərir. Türkiyədə Ticarət Nazirliyinin nəzdində fəaliyyət göstərən departamentdir. Yəqin ki, ölkəmizdə də hansı variant və istiqamətin daha effektli ola biləcəyilə bağlı müzakirələr gedir. Bu müzakirlər bitəndən sonra qurum barədə konkret qərar da veriləcək. 

Gömrük Komitəsi müstəqil qurum olaraq qalacaqsa, indi birinci müavin təyin olunan şəxs yəqin ki, sədr kimi də təsdiqlənəcək. Sanki keçid dövründə onun qurumu idarə edib-edə bilməyəcəyilə bağlı yoxlama da aparılır. Eyni zamanda, bu müddətdə bütün digər variantlar da yəqin nəzərdən keçiriləcək. Qərar yetişəndə təyin olunan birinci müavin ya quruma sədr kimi təsdiqlənəcək, ya da hansısa nazirliyin tərkibində  departament rəhbəri kimi qalacaq”. 

Rüfət Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

"Şahdağ"da otel otaqlarının günlük Qiyməti

Laçın şəhərinin Baş planı təsdiqləndi

Expressbankın İdarə Heyətinə yeni TƏYİNAT

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Laçın Rayon Mərkəzi Xəstəxanası tikiləcək

12 yaşlı uşaq bir gündə 6 800 manat pul qazanıb

Xəstəxanalarda qiymətlər bahalaşdı

İsrail-İran müharibəsi: Dollar təhdid altındadır

Deputat: Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!

"Unibank" rəhbərliyində yeni təyinat olub

Karqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib?

AZAL 3 şəhərə uçuşları ləğv etdi

AZAL 3 şəhərə uçuşları ləğv etdi

Rəqəmsal etika nədir və niyə olmalıdır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin