BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
22611

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) 2022-ci ilin dövlət büdcəsinə transfertin azalması Fondun maliyyələşdirdiyi digər layihələrə təsir etməyəcək.

Bu barədə Fonddan “Report”un sorğusuna cavab olaraq bildirilib.

"Əksinə aparılacaq dürüstləşdirmə çərçivəsində Fondun maliyyləşdirdiyi digər layihələr üzrə xərclərdə də dəqiqləşdirmənin aparılması nəzərdə tutulur. Cari ildə dövlət büdcəsində dürüstləşdirmə aparılmış və 2022-ci ilin gəlir və xərclər kontekstində icmal büdcənin bir sıra əsas parametr və göstəricilərində, o cümlədən xam neftin baza qiymətində, Neft Fondundan dövlət büdcəsinə transfertin həcmində dəyişiklik edilib", - ARDNF-dən bildirib.

Sorğuda deyilir ki, “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq Fondun büdcəsinin icmal büdcənin tərkib hissəsi olduğunu və onun yuxarıda qeyd edilən büdcə parametrlərinin dövlət büdcəsi ilə eyni götürüldüyünü nəzərə alaraq Neft Fondundan dövlət büdcəsinə transfertin həcmində müvafiq dəyişiklilərin aparılması zərurəti yaranıb:

"Məlum olduğu kimi ARDNF-nin fəaliyyətinin əsas məqsədlərindən birini neft gəlirlərinin gələcək nəsillər üçün toplanmasıdır. Neft Fondunun 2022-ci il büdcəsində dövlət büdcəsinə transfertin azalması ARDNF-in xərclərində 1 milyard 192,5 milyon manat (701,471 milyon ABŞ dolları) məbləğində qənaətin yaranmasına səbəb olur ki, bu da ilin sonuna ARDNF-nin proqnozlaşdırılan valyuta aktivlərinin həcminin müvafiq məbləğdə daha çox artmasına şərait yaradacaq”.

Qeyd edək ki, bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən Neft Fondundan dövlət büdcəsinə 11 milyard 517,5 milyon manat transfert nəzərdə tutulur ki, bu da 2022-ci ilin təsdiq edilmiş transfert göstəricisi ilə müqayisədə 9,4 % azdır.

Xatırladaq ki, ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

Bu ilin I rübündə Dövlət Neft Fondunun aktivləri 0,5 % artaraq 45 milyard 264 milyon ABŞ dollarına çatıb. 2022-ci ilin yanvar-mart aylarında ARDNF-nin büdcə gəlirləri 2 milyard 955,9 milyon manat, büdcə xərcləri isə 2 milyard 764,5 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin