BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
22535

Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 084,760 milyon manat səviyyəsində müəyyən edilib.

Valyuta.az xəbər verir ki, bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir. Bu, əvvəlki büdcə proqnozu ilə müqayisədə 594,868 milyon manat və ya 13,2 % çoxdur.

Məlumata görə, ümumi xərclərin 2 milyard 164,705 milyon manatı (əvvəlki proqnozla müqayisədə 3 milyon manat çox) müdafiə qüvvələri, 295 milyon manatı (10 milyon manat və ya 3,5 % çox) milli təhlükəsizlik, 433 milyon manatı (dəyişməyib) sərhəd xidməti, 4 milyon manatı (cüzi artıb) müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 2 milyard 187,161 milyon manatı (581,6 milyon manat və ya 36,2 % çox) müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər, 2 milyard 180,442 milyon manatı (580 milyon manat və ya 36,2 % çox) xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə nəzərdə tutulub.

Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri isə 2 milyard 482,255 milyon manat səviyyəsində müəyyən edilib ki, bu da, təsdiq edilmiş proqnoz ilə müqayisədə 49,6 milyon manat və ya 2 % çoxdur.

Bunun 133,7 milyon manatı (əvvəlki proqnozla müqayisədə 18,9 milyon manat və ya 16,5 % çox) məhkəmə hakimiyyəti, 1 milyard 840,748 milyon manatı (84 milyon manat və ya 4,8 % çox) hüquq mühafizə, 108,6 milyon manatı (5,9 milyon manatı və ya 5,7 % çox) prokurorluq, 10 milyon manatı (dəyişməyib) məhkəmə qərarının icrası, 4 milyon manatı (cüzi artıb) hüquqi yardım, 384,9 milyon manatı (59,5 milyon manat və ya 13,4 % az) məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətləri üzrə nəzərdə tutulub.

Dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən təhsil xərcləri 3 milyard 886,648 milyon manat səviyyəsində müəyyən edilib. Bu, təsdiq olunmuş proqnoz ilə müqayisədə 2 milyon manat və ya 0,06 % çoxdur.

Məlumata görə, təhsil xərclərində 377,004 milyon manatı (əvvəlki proqnozla müqayisədə 146 min manat və ya 0,04 % çox) məktəbəqədər təhsil, 2 milyard 091,019 milyon manatı (1,1 milyon manat və ya 0,05 % çox) ümumi təhsil, 63,844 milyon manatı (29 min manat və ya 0,05% çox) peşə təhsili, 87,350 milyon manatı (49 min manat və ya 0,06 % çox) orta ixtisas təhsili, 60,255 milyon manatı (267 min manat və ya 0,4 % çox) ali təhsil, 8,679 milyon manatı (14 min manat və ya 0,2 % çox) əlavə təhsil, 7,021 milyon manatı (5 min manat və ya 0,075 % çox) təhsil sahəsində tətbiqi tədqiqatlar, 1 milyard 191,476 milyon manatı (707 min manat və ya 0,06 % çox) təhsil sahəsində digər müəssisə və tədbirlər üzrə nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin