BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.789
  • RUB
    1.5962
  • TRY
    0.049
  • GBP
    2.1577
22448

İyunun 12-də Qəbələdən gəzintidən qayıdan məktəblilər Şamaxıda qəzaya düşüblər.

Ağır yol-nəqliyyat hadisəsi gecə saatlarında Şamaxı rayonun Acıdərə adlanan ərazisində baş verib.

Qəbələdən Bakıya qayıdan və içərisində 55 sərnişinin olduğu avtobus yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb. Məlumata görə, xəsarət alanlar Bakı şəhəri 279 nömrəli məktəbin müəllim, şagird heyəti və valideynləri olub. Onlar öz hesablarına Qəbələ rayonuna bir günlük istrahətə gediblər. Hadisə nəticəsində ümumilikdə 13 nəfər xəsarət alıb.

Dərhal hadisə yerinə yol polisi əməkdaşları və xeyli sayda təcili-tibbi yardım briqadası cəlb olunub.

TƏBİB-dən verilən məlumata görə, xəsarət alan 11 nəfər Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İki nəfər isə Qobustan Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan vəziyyəti ağır olan 1 nəfər bud-çanaq oynağının sınığı diaqnozu ilə Bakıya göndərilib.

Elmi-Tədqiqat Travmatalogiya və Ortopediya İnstununun həkimi Elşən Məhərrəmov deyib ki, yaralı şagirdin həyati təhlükəsi yoxdur.

Hadisə ilə bağlı "Xəzər Xəbər"ə açıqlama verən avtobusun sürücüsü Pərviz Quliyev iddia edib ki, nəqliyyat vasitəsinin əyləcində nasazlıq yaranıb.

''Avtobusu əyləci işləmədiyindən özüm onu daşa vuraraq saxladım'',- deyə sürücü bildirib.

Hadisə Bakı Şəhər Təhsil İdarəsi tərəfindən də nəzarətə götürülüb. Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib ki, səfər məktəb rəhbərliyinin yox, valideynlərin təşəbbüsü ilə təşkil olunub.

Bəşarət Məmmədov bildirib ki, belə hadisələrin baş verməməsi üçün paytaxt məktəblərinin rəhbərlərinə Bakı Şəhər Təhsil İdarəsi tərəfindən də ciddi xəbərdarlıq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniya polisi ölkənin ən böyük qeyri-qanuni onlayn bazarını ləğv etdi

Britaniyada "Microsoft"a qarşı 1,27 milyard dollarlıq iddia qaldırıldı

"Reges Tikinti Materialları"na protokol irəli sürülüb

"İnter Service Group" şirkəti üçün 25 min manatlıq cərimə təhlükəsi

Çinin çip şirkətləri ABŞ-nin yeni ixrac məhdudiyyətlərinə qarşı nə edəcəklər? - "Reuters"

İcbari Sığorta Bürosu vətəndaşları daşınmaz əmlaklarını sığortalamağa çağırır

Varren Buffett mirası üçün detalları açıqladı - 1300 sözlük məktub, 150 milyard sərvət

Milyonluq tenderlərin qalibi olan "Buz Tech" məhkəmə qarşısında

"General Motors" ABŞ-dakı fabrikinin yeni alıcısını açıqlayıb

İki şirkət arasında daşıma mübahisəsi

"SpaceX" və "Netflix" yarışının son qalibi: "Netflix"

"Evtech Motors" gömrük qaydalarını pozmaqda ittiham edilir

Azərbaycanın qızıl və gümüş istesalındakı son durum

ABŞ-nin ən böyük özəl şirkəti minlərlə işçini ixtisar edir - "CNN"

Ən populyar internet brauzerləri açıqlandı - 66,31 faizlə lider...

Dünyanın borcu 320 trilyon dolları keçərək yeni rekord səviyyəyə çatıb - "Reuters"

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İnvestisiya dələduzluğunun ən geniş yayılmış növləri

"Jaguar" çoxdan gözlənilən elektrik avtomobilini təqdim etdi (FOTO+VİDEO)

"BakıKart"ın problemi nə vaxt həll ediləcək? - Rəsmi AÇIQLAMA

Haqsız rəqabət aparan 5 sahibkara maliyyə sanksiyası tətbiq edildi

İnnovasiya və Təchizat Mərkəzi böyrək xəstələri üçün 1 milyon manatlıq dərman alır

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Əli Əsədovdan ali təhsillə bağlı QƏRAR: Yeni ixtisaslar açıqlandı

ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb

Azərbaycanda virtual aktivlərin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır

Keçmiş deputat nazir müşaviri oldu

Keçmiş deputat nazir müşaviri oldu

Fransada taksi sürücüləri tibbi tariflərin azaldılmasına etiraz edir

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin