BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
22276

Azərbaycanda gənc ailələrin mənzilə sahib olmaq problemi hazırda əsas məsələlərdən biridir. Mənzil almaq istəyən vətəndaşlar ən yaxşı halda dövlətin təklif etdiyi güzəştli ipotekadan istifadə edirlər. Lakin bu ipoteka şərtləri bir çox hallarda vətəndaşlar üçün keçərli olmur. Çünki onlar həmin kateqoriyaya aid olmadıqları üçün güzəştli şərtlərdən yararlana bilmirlər.

Belə olan halda isə vətəndaşlar özəl şirkətlərin təklif etdiyi 8-10 faizlik ipotekalı mənzillərə üz tuturlar.

Bu mənzillərin vətəndaşlar üçün nə qədər əlverişli olub-olmadığını "Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı BAKU.WS-ə dəyərləndirib. O bildirib ki, Azərbaycanda dövlət ipotekası, xüsusən də güzəştli şərtlərlə verilən ipoteka hamı üçün əlçatan deyil:

"Çünki bu ipoteka xüsusi kateroqriyaları əhatə edir. Ümumi ipoteka şərtləri isə belədir ki, gənc ailənin gəlirləri 1200-1300 AZN olmalıdır. Həmçinin bu gəlirlər rəsmi olmalıdır. Buna cavab verən ailələrin sayı isə çox azdır.

Özəl şirkətlə bağlı vəziyyət isə daha mürəkkəbdir. Hesab edirəm ki, özəl şirkətlərin təklif etdiyi ipoteka kreditləri kənardan əlçatan görünsə də, vətəndaşlar üçün təhlükəlidir. İnsanlar bir çox hallarda buna aldanırlar, amma bu məsələ ciddi şəkildə təhlil olunmalıdır.

Tikinti şirkəti 8-10 faizlə ipoteka təklif edirsə, mənzilin nağd satışla müqayisədə dəyərini xeyli yuxarı göstərir. Eyni zamanda bunun üzərinə faiz dərəcələri də əlavə olunduqda 5-20 il müddətinə mənzilin ipoteka alışında 3 dəfəyə yaxın ziyana düşür. Bu, olduqca riskli anlayışdır və tədricən vətəndaşlar bu cür şirkətlərə etimadı azaltsa da, bazarda alternativ olmadığından şirkətlərin işi yaxşı gedir. Misal üçün "Kristal Abşeron" şirkəti Azərbaycanda az qala ən çox tikinti aparan şirkətlərdən biridir. Həm mərkəzə yaxın, həm də kənar ərazilərdə tikinti aparır və ipoteka ilə daha çox satışa üstünlük verir. Alternativ məhsulun rəqabətliliyinin aşağı olması səbəbindən bu cür şirkətlər mənzili baha qiymətə satırlar".

Ekspert əlavə edib ki, dövlətin təklif etdiyi layihələrə qarşı tələb olduqca yüksəkdir. Lakin bazara pul kütləsinin stabilləşməsi və planlı şəkildə ötürülməsi məqsədilə İpoteka Fondu və dövlət ehtiyatlı davranmağa üstünlük verir:

"Birdən-birə 80-150 milyonluq vəsaitin bazara çıxması qısa müddət ərzində qiymət artımına gətirib çıxarır. Buna görə kommersiya bankları bu prosesə cəlb olunmalıdır. Dövlət həmçinin işə götürən və işçi arasında münasibətləri tənzimləməlidir. Yəni işçilərin əmək haqqının məbləği faktiki olaraq əldə etdiyi vəsaitə uyğun olmalıdır.

Tikinti şirkətlərinin qiymət siyasətinə də nəzarət olunmalıdır. Mən, əlbəttə, əleyhinəyəm ki, tikinti şirkəti qiymət müəyyən edərkən ona müdaxilə edilsin. Lakin tikinti şirkəti nağd satışla 1 kvadrat metr 1000 manata bazara çıxarırsa, ipoteka kreditləşməsi zamanı onun 1300-1500 manata rəsmiləşdirməsinə yol verilməməlidir. Bu, vəziyyətdən sui-istifadə etməkdir. Bu, insanların cibinə girməkdir".
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

"Şahdağ"da otel otaqlarının günlük Qiyməti

Laçın şəhərinin Baş planı təsdiqləndi

Expressbankın İdarə Heyətinə yeni TƏYİNAT

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Laçın Rayon Mərkəzi Xəstəxanası tikiləcək

12 yaşlı uşaq bir gündə 6 800 manat pul qazanıb

Xəstəxanalarda qiymətlər bahalaşdı

İsrail-İran müharibəsi: Dollar təhdid altındadır

Deputat: Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!

"Unibank" rəhbərliyində yeni təyinat olub

Karqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib?

AZAL 3 şəhərə uçuşları ləğv etdi

AZAL 3 şəhərə uçuşları ləğv etdi

Rəqəmsal etika nədir və niyə olmalıdır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin