BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
22195

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Parkında 14-cü “Məzun yarmarkası” keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov məzun olan tələbələrə uğurlar arzu edərək, hər il ənənəvi olaraq keçirilən “Məzun yarmarkası”nda özünə iş tapan məzunların ölkənin aparıcı aqrar şirkətlərində çalışdığını bildirib. Pandemiya səbəb ilə tətbiq olunan məhdudiyyətlər son iki ildə məzun yarmarkasını keçirməyə imkan verməsə də, uzun fasilədən sonra ilk dəfə keçirilən ənənəvi yarmarkada 1700-ə yaxın tələbə 241 şirkət, idarə və müəssisə tərəfindən çıxarılan vakant yerlər üzrə çalışmaq üçün müraciət edəcəklər. ADAU rektoru “Məzun yarmarkası”na dəstək verən dövlət və özəl sektorun təmsilçilərinə təşəkkürünü bildirib.

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, başa vurmaqda olduğumuz tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinin tarixində ilk dəfə olaraq tələbə qəbulu ən yüksək həddə - 1347 nəfərə çatıb: “Bu, aqrar təhsilə marağın artmasının göstəricisidir. Sevindirici haldır ki, məzun yarmarkasında 241 şirkət aqrar sahə üzrə 800-ə yaxın vakant yer təqdim edib. Yarmarkaya bu qədər çox sayda şirkətin vakansiya çıxarması, həmçinin təqdim olunan vakant yerlərin sayının çoxluğu ölkəmizdə aqrar sahənin sürətlə inkişaf etdiyinin daha bir göstəricisidir. Eyni zamanda aqrar sahədə dövlət-özəl sektor əməkdaşlığı da ildən ilə genişlənir, bu gün keçirilən məzun yarmarkası həm də dövlət-özəl sektor əməkdaşlınğının bariz nümunəsidir”.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məzunlara uğurlar diləyib, tələbələrin ixtisasları üzrə işlə təmin olunmasına dəstək verən şirkət, idarə və müəssisələrin rəhbərlərinə təşəkkür edib.

Açılış mərasimindən sonra iştirakçı şirkət və müəssisələrin təmsilçiləri vakant iş yerləri barədə məzunlara və qonaqlara məlumat veriblər.

Tədbir iştirakçıları “Məzun yarmarkası” çərçivəsində ADAU-nun nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası ilə tanış olublar. Bildirilib ki, burda aqrar sahədə müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə vəzifələrin icrasına imkan verən, nəzəri biliklərə və praktik bacarıqlara yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrların hazırlanması üçün bütün imkanlar mövcuddur. İştirakçılar həmçinin universitdə fəaliyyət göstərən laboratoriyalar, simulyator otaqları, barama yetişdirmə məntəqəsi, müasir emalatxana və tədris otaqları ilə tanış olmaq imkanı əldə ediblər.

Tədbirin sonunda ADAU-nun 2 saylı Tələbə Evinin akt zalında ali təhsil müəssisəsində çalışan gənc müəllimlərlə görüş keçirilib. Görüşdə kadr hazırlığı prosesi, gənclərin aqrar sahə üzrə biliklərinin artırılması, müasir texnologiyalar və innovasiayalara çıxış imkanları, ikili diplom proqramları və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nyu-York sakinləri maaşlarını "Bitcoin"lə ala biləcək

İnnovasiya və Təchizat Mərkəzi 700 min manatlıq şpris alır

General Mehdiyev vəzifəsindən azad edildi

Döymə, pizza və toy -"&pizza" brendinin marketinq hekayəsi

“Sərvət İnşaat”ın külli miqdarda vergi borcu üzə çıxdı

"Nvidia" gəlir rekorduna imza atdı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bu universitet üçün kampus tikiləcək

Dünyada ən populyar smartfonlar açıqlandı

Bu qadınlar pensiyaya 5 il tez çıxır

40 illik tort dilimi 4,250 manata satıldı - Milyon dollarlıq ləzzətlər

Azərbaycanın ixracdan ən çox qazanc götürdüyü məhsullar - SİYAHI

Azərbaycanda 100 yaşından yuxarı 2 mindən çox pensiyaçı var

Azərbaycan Hava Yolları ilk 4 ayda nə qədər qazanıb? - Rəqəmlər

"İrAero" iyulda Moskvadan Qəbələyə birbaşa uçuşlara başlayacaq

Artıq başqalarının ƏDV-sini vura bilməyəcəyik? - Rəsmi cavab

Alim rektora yeni müşavir təyin olundu

Azərbaycanda daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verildi

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

Mərkəzi Bank iki investisiya şirkətinə icrası məcburi göstəriş verdi

Sahil Babayev sabiq rəisə yüksək vəzifə verdi

Ən ucuz kredit verən 5 iqtisadi rayonumuz - CƏDVƏL

Bu balığın kiloqramını Çilidən 7, Türkiyədən 16 manata alırıq

Özünüzə maaş verin: Pul yığmağın sadə üsulları - Maliyyə məsləhətçisi açıqladı

Avropanın ən bahalı 10 futbol klubu

İlon Mask "Grok" ilə "Telegram"ı gücləndirir: 300 milyon dollarlıq razılaşma

Sabahın hava proqnozu - 33 dərəcə isti

Laçına təyyarə ilə səyahət neçəyə başa gələcək?

Laçına təyyarə ilə səyahət neçəyə başa gələcək?

Hansı evlərin tikintisi üçün icazə tələb olunmur? - CAVAB

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin