BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
21933

Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Cəlilabad rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı, satışı və ixracının təşkil edilməsi üzrə işlər daim diqqət mərkəzində saxlanılır.  

Valyuta.az xəbər verir ki, 17 may 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətində  çiyələk istehsalı və ixracının təşkili ilə bağlı fermerlərlə görüş keçirilib.

Görüşdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nazim Şükürov, Cənub ərazi Baş Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 6 saylı Regional bölməsinin müdiri Nurlan Məmmədov, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional Bölməsinin rəisi Samid Ağayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatoru Aqil Qurbanov, Azərbaycan giləmeyvə istehsalçıları və ixracatçıları asossasiyası ictimai birliyinin sədri Nemət Seyfullayev, çiyələk istehsalçısı və ixracatçısı olan sahibkarlar Mirağa Həsənov, Mirismayıl Quliyev, Ağaqulu Hüseynov, Vüqar Musayev və Şahin Axundov iştirak ediblər. 

Rafiq Cəlilov görüşdə çıxış edərək  2021-ci ildə  490 hektar sahədən 12440 ton çiyələk istehsal edildiyini, məhsulun 4018 tonunun ixrac olunduğu və ixrac olunmuş məhsuldan dövlətə  7 144 000 ABŞ dolları dəyərində vəsait daxil olduğunu bildirib. 

Cari ildə 607 hektar çiyələk sahəsindən istehsal olunmuş məhsulun 5000 tonunun ixrac olunması nəzərdə tutulub. Çiyələk istehsalının 20000 tona çatdırılması planlaşdırılıb. 

Görüşdə çiyələyin ixrac edilməsində məhsulun tez xarab olması nəzərə alınaraq, ixracın davamlı və intensiv aparılması üçün aidiyyəti qurumlar tərəfindən növbəlilik əsasında əməyin təşkil edilməsi müzakirə olunub.

Eyni zamanda çiyələkdən cem və kompot məhsullarının istehsalı, çiyələyin “Freeze dry” texnologiyası ilə məhsulun alınması müəssisələrinin yaradılması sahibkarlarla müzakirə edilib.
   
Ötən gün isə Rafiq Cəlilov rayondakı çiyələk sahələrinə baş çəkərək, əkin sahələrində görülmüş işlərlə maraqlanıb. Görüşdə fermerlər təsərrüfat adamlarına yaradılan şəraitdən, onlar üçün açılan geniş imkanlardan razılıqlarını bildiriblər. 

Qeyd ediblər ki, bu gün dövlət tərəfindən sahibkarlara göstərilən diqqət və qayığının nəticəsidir ki, onlar yeni iş yerləri açır və xeyli sayda insanlar həmin təsərrüfatlarda çalışırlar. Onlarla olan bu görüşü minnətdarlıq hissi ilə qarşılayan sahibkarlar belə görüşlərin hər bir təsərrüfat sahibinə, bu sahədə çalışan insanlara böyük stimul, güc verdiyini qeyd ediblər. Bu cür görüşləri onlara olan diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndiriblər. Sahibkarlar yaradılan şəraitə, göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildiririk ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Cəlilabad rayonunda çiyələk festivalı keçiriləcəkdir.       

29 may 2022-ci il tarixdə saat 11:00-da Cəlilabad şəhəri Heydər Əliyev Seyrəngahında keçiriləcək festivalda rayonda istehsal və ixrac edilən çiyələk sortları nümayiş olunacaqdır. Eyni zamanda tədbirdə kənd təsərrüfatı şirkətlərinin çıxışları, yerli brendlər və regionun tanınmış restoranları ilə tanışlıq, yerli yeməklərin dadına baxma, əyləncə proqramı, VKV veteranları ilə görüş, aşbazların ustad dərsləri və ənənə halına çevrilən çiyələk məhsulları təqdim olunacaqdır.

Bu əyləncəli festivala bütün vətəndaşlarımız dəvətlidir!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Köhnə ehtiyat hissələri təzədən etibarlıdır? - VİDEO

Dünyada ilk robot stüardessa nümayiş olunacaq

Dünyada ilk robot stüardessa nümayiş olunacaq

Süni intellekt yeni təhlükəli viruslar aşkarlayıb

Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb - Fotolar

Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb

Sağlamlıq arayışı ödənişsiz olacaq?

BVF: Son illərdə dünyada ticarət məhdudiyyətləri dörd dəfə artıb

Keçmişin günahları ilə üzbəüz: Yapon peyki Yaponiya kosmik zibili ilə toqquşdu (FOTO)

“Kombat Group”a qarşı ittiham

Ukrayna artıq dəniz terminallarının yarısını itirib - Dmitri Barinov

“Cahan As Company” məhkəmə qarşısında – Şirkət nədə ittiham edilir?

Tezliklə bu "Samsung" smartfonları yeniləmə almayacaqlar

Gömrük Komitəsi “Az Firma”nı nədə ittiham edir?

Səudiyyə Ərəbistanı geosiyasi gərginliyin qlobal iqtisadiyyata təsirindən narahatdır

"Merd Petrol"dan maddi ziyan tələb edilir

Avropa Rusiya qazı ilə bağlı qaz problemini necə həll etdi?

Sement zavodu məhkəmə qarşısında

BVF Avropanın zəifliyinin əsas səbəbini açıqladı

“Qarabağ Avto”ya protokol tərtib edildi

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin