BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
21904

Ceyranbatan su anbarı hasarlanaraq mühafizə olunsa da, anbarın ətrafındakı yaşıllıq zolağında ağaclar kütləvi şəkildə quruyur.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. İddia edilib ki, meşəlik məqsədli şəkildə məhv edilir. Məsələ barədə Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlanılıb.

FHN-dən “oxu.az”ın sorğusuna cavab olaraq bildirilib ki, son illər ərzində Ceyranbatan meşəçiliyi ərazisində kütləvi olmasa da, meşə ərazilərinin müəyyən qədər seyrəlməsinin müşahidə olunması bir sıra obyektiv və subyektiv amillərlə bağlıdır:

“Obyektiv səbəblərə iqlim dəyişiklikləri, o cümlədən son illərin quraqlığı, torpaqların şoranlaşması, təbii eroziya prosesinin genişlənməsi, Ceyranbatan meşəçiliyinin əsasən, gilli ərazilərdə yerləşməsi, eləcə də meşə sahələrinin xeyli hissəsinin yaşlı, fiziki ömrünü başa çatdırmaqda olan ağaclardan ibarət olmasıdır.

Məlumat üçün bildiririk ki, Ceyranbatan meşəçiliyi ötən əsrin 60-cı illərində yaradılmış, ağacların böyük bir qisminin yaşı 70 ilə yaxındır. Subyektiv məsələlərə isə suvarma sistemlərinin uzun müddət davamlı istismarı nəticəsində tez-tez sıradan çıxmasını, son illər nasosların işinə ciddi maneələr yaradan anbarda su səviyyəsinin aşağı düşməsini göstərmək olar”.

Qurumdan qeyd edilib ki, Ceyranbatan su anbarının ərazisində yerləşən Ceyranbatan meşəçiliyinin FHN-in balansına bir neçə il əvvəl verildiyini nəzərə alsaq, qeyd olunan meşə problemlərinin bir çoxunun əsası qurumun balansına keçəndən xeyli əvvəl olub:

“Belə ki, vaxtı ilə su anbarının izolyasiyası məqsədilə anbarın ətrafına kənardan xüsusi su keçirməyən gil torpağı gətirilib. Bu il isə ağacların köklərinin inkişafına mane olur. Hazırda bu ərazidə torpağın humus (çürüntülü) qatı cəmi 15-20 sm təşkil edir.

Bu da öz növbəsində köklərin əksəriyyətinin inkişafına maneə törədir. Bəzi sahələrdə aqrotexniki şərtlərə riayət olunmadan, ağaclar sıx əkildiyindən havalanma və günəş şüalarının kifayət etməməsi, fotosintez proseslərinin getməsinə maneə törədir ki, bu da ağacların qurumasının səbəblərindən biri kimi qəbul edilməlidir.

Ceyranbatan meşəçiliyinin Fövqəladə Hallar Nazirliyinin balansına verildiyi ötən dövr ərzində Ceyranbatan su anbarının meşə sahələrinə gündəlik rejimdə mümkün olan bütün aqrotexniki xidmətlər göstərilmiş, əksər meşə sahələrinin mütəmadi suvarılması təşkil edilib.

160 hektara yaxın yeni meşə ərazisi salınmış, 150 hektarda damlama üsulu ilə suvarma sistemi qurulub. Hazırda meşəçilik ərazisindəki istifadədə olan bütün nasosxanalar işlək vəziyyətdədir, nasosxanaların suyun lazımi həddən aşağı düşəcəyi hallarda da çalışması üçün xüsusi sifon sistemi qurulub. Hazırda meşə ərazilərinin bərpası istiqamətində ardıcıl iş aparılır”.

Qeyd edək ki, peyk görüntüləri (“Maxar Technologies”) 2009-2021-ci illər ərzində Ceyranbatan su anbarının ətrafındakı ağacların necə seyrəldiyini göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan Hava Yolları ilk 4 ayda nə qədər qazanıb? - Rəqəmlər

"İrAero" iyulda Moskvadan Qəbələyə birbaşa uçuşlara başlayacaq

Artıq başqalarının ƏDV-sini vura bilməyəcəyik? - Rəsmi cavab

Alim rektora yeni müşavir təyin olundu

Azərbaycanda daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verildi

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

Mərkəzi Bank iki investisiya şirkətinə icrası məcburi göstəriş verdi

Sahil Babayev sabiq rəisə yüksək vəzifə verdi

Ən ucuz kredit verən 5 iqtisadi rayonumuz - CƏDVƏL

Bu balığın kiloqramını Çilidən 7, Türkiyədən 16 manata alırıq

Özünüzə maaş verin: Pul yığmağın sadə üsulları - Maliyyə məsləhətçisi açıqladı

Avropanın ən bahalı 10 futbol klubu

İlon Mask "Grok" ilə "Telegram"ı gücləndirir: 300 milyon dollarlıq razılaşma

Sabahın hava proqnozu - 33 dərəcə isti

Laçına təyyarə ilə səyahət neçəyə başa gələcək?

Laçına təyyarə ilə səyahət neçəyə başa gələcək?

Hansı evlərin tikintisi üçün icazə tələb olunmur? - CAVAB

"Azərkosmos"un aprel ayında xidmət satdığı 5 ölkə - CƏDVƏL

"TikTok"da saxta proqram videoları: Süni intellektlə yayılır, məlumatları oğurlayır

"Xaçmaz Aqropark" ləğv olunur

Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Əzbərlənmiş cavablarla iş müsahibəsinə getmək qəbul şansını artırır? - EKSPERT

“Bank of Baku”nun İdarə Heyətinə təyinat olub

Bakıda kafe və restoranlarının gəlirləri 400 milyon manata çatdı

Məşhur istirahət mərkəzi fantastik qiymətə satışa çıxarıldı

Bu şəxslər işləmədən 6 ay maaş alacaqlar

Bu şəxslərin maaşı 1300 manatı ötdü - RƏSMİ

Kartında cəmi 36 manatı var idi, onu da oğurladılar

ARDNF “Lunate” şirkəti vasitəsilə “ADNOC” qaz boru kəmərləri infrastrukturuna investisiya yatırıb

"Tarqovı"dakı kofeşop satışa çıxarılıb - QİYMƏT

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin