BAKU Azərbaycan
17.65°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1054
  • TRY
    0.044
  • GBP
    2.2665
21786

2022-ci il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması prosesi başa çatıb. Bu il 40 rayondan olan kümçülərə əvəzsiz olaraq 11130 qutu ipəkqurdu toxumu (qrena) paylanıb.  İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Bərdə, Ağsu, Füzuli və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib. Barama mövsümü ərəfəsində bütün kümxanalar dezinfeksiya edilib, kümçülər təlimlərə cəlb olunub. 

Bu gün Qax Damazlıq İpəkçilik Stansiyasında hibrid ipəkqurdu toxumlarının son partiyası kümçülərə paylanıb. Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Qax rayon rəhbərliyi, müxtəlif rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Qax Damazlıq İpəkçilik Stansiyasının əməkdaşları və mütəxəssislər iştirak ediblər. Qeyd olunub ki, ölkədə baramaçılıq və ipəkçiliyin inkişafına dövlət dəstəyi kümçülərin bu sahəyə marağını ildən-ilə artırır. Kümçülərlə imzalanan müqaviləyə əsasən, 2022-ci ildən istehsal olunmuş yaş barama “Azəripək” MMC tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.

Qeyd edək ki, bu il kümçülərə paylanan 11130 qutu ipəkqurdu toxumunun 10000 qutusu Çin Xalq Respublikasından gətirilib, 1130 qutu isə Qax Damazlıq İpəkçilik Stansiyasında istehsal olunub. İpəkqurdu toxumlarının paylanmasına aprel ayının sonlarından start verilib, paylanma mərhələsi rayonların coğrafi şəraiti nəzərə alınaraq mərhələli şəkildə həyata keçirilib.

İpəkqurdu toxumlarının paylanması prosesi başa çatdıqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Qax rayonunun müxtəlif kəndlərində fəaliyyət göstərən kümxanalara baş çəkib, kümçülərlə söhbət edib, onların təkliflərini dinləyiblər. Səsləndirilən təkliflər qeydə alınıb, icrası üçün müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda səs yazısı yayılan qalmaqallı direktor işdən ÇIXARILDI

Ölkəyə kartof gətirən "ESTOS"un borcu 200 mini ötdü

Çinli hakerlərin yeni hədəfi: evinizdəki modemlər

“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına təyinat olub

"Google"un süni intellekti həkimlərdən daha dəqiq diaqnoz qoymağı öyrənib

Aleksandr Kazakova “stop” qoyula bilər

Bu ölkə Azərbaycana 15,52 manatdan mixək satıb

Ədədi 503 manatdan gətirilən smartfonlar xaricə 366 manatdan satılıb

Ədədi 503 manatdan gətirilən smartfonlar xaricə 366 manatdan satılıb

AZAL Bakı-Astana reyslərinin sayını artırır

"Apple" yeni "iPhone"ların qiymətini artırmağı planlaşdırır

Azərbaycanda bəzi vətəndaş kateqoriyaları üçün mənzil əldə etmək daha əlçatan olacaq - VİDEO

Vaqif Cavadov istefaya göndərildi

3 manata satılan kabablar hansı ətdən hazırlanır? - VİDEO

Mərkəzi Bank “Azəridmanservis”ə protokol yazdı, məhkəmə icraata xitam verdi

ABB-nin rəhbərliyi bankdan nə qədər qazanır?

Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

AFB Bank: Banka gəlmədən kredit götürmənin yeni dövrü – “Başdan Başa” layihəsi®

Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - Müsahibə

Prezident Rəşad Nəbiyevə yeni vəzifə verdi - SƏRƏNCAM

Azərbaycana gətirilən bu məhsullar gömrük rüsumundan azad edilir

Azərbaycana gətirilən bu məhsullar gömrük rüsumundan azad edilir

İlham Əliyev yeni rektor təyin etdi

Azərbaycanla Pakistan arasında saziş təsdiqlənəcək

“Qarabağ” gəlirlərini açıqladı - 34 milyon

“Azərenerji” 24 milyon manatlıq günəş enerjisi layihəsi elan edib

Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA

AZAL: Pakistan və Hindistan reysləri bərpa edilir

Ərəb iş adamının rəhbəri olduğu şirkətin külli miqdarda vergi borcu var

"Google" üç yeni atom elektrik stansiyasının tikintisini maliyyələşdirəcək

Naxçıvanda vergi daxilolmaları 14,4 milyon manat artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin